İqtisadiyyat

Sürücüsüz avtomobillər artıq həyatımızın bir parçası olacaq

130views

Sürücüsüz avtomobillərin istifadəsi ilə yol qəzalarının azalacağı mümkün görsənir.

Ağ Ev sürücüsüz avtomobillərin istifadəsinə icaze verir ancaq bundan öncə yeni qanunlar dəqiqləşməlidir. Sürücüsüz avtomobillər yollarda görünməzdən əvvəl istehsalçılar ilə 15 maddəlik yeni texnologiya təhlükəsizliyi ilə bağlı təznzimləmə imzalanmalıdır.

İstehsalçı firmalar, sürücüsüz avtomobillərin yollarda təhlükə zamanı nə etməli olduqlarını və hansı şəkildə proqramlaşdıqlarını acıqlamaq məcburiyyətindədir. Çünki bu avtomobillərin belə vəziyyətlərdə nə edəcəkləri hələ də dəqiq olaraq bilinmir.

Fevral ayında Google’un istehsal etdiyi sürücüsüz avtomobil yol kənarındakı qum torbalarına dəyməmək üçün zolaq keçidi etmiş və bu vaxt bir avtobus ilə toqquşmuşdu. Araşdırma zamanı sürücüsüz avtomobilin günahkar olduğu ortaya çıxmışdı.

ABŞ’da yol qəzaları zamanı ölənlərin sayı olduqca çoxdur. Keçən il ölkədə baş verən qəzalarda 40 min insan həyatını itirmişdi.

Odur ki ABŞ hökuməti və istehsalçılar sürücüsüz avtomobillərin qəzaların sayını azalda biəcəyini düşünür.

“Bu sahədə birlikdə işləməmizə bizi itən əsas səbəb, texnologiyanın insan həyatını xilas edə bilmə potensiyalına sahib olmasıdır. Baş verən yol qəzalarının yüzdə 94-ü insan səhvinin nəticəsidir. Əgər sürücüsüz avtomobillər ilə bu qəza faizini aşağı sala bilərsək bu işdən olduqca böyük fayda əldə etmiş olarıq.”

Qeyd edək ki, artıq Uber Pensilvaniya’da sürücüsüz avtomobillərdən ibarət kiralama sistemini test etməyə başlayıb.

Beləliklə də firmalar arasında artıq sürücüsüz avtomobil istehsalı sahəsi rəqabətdəykən, mütəxəssislər bu texnologiyanın 5 il sonra həyatın ən vacib bir hissəsi halına gələcəyini bildirirlər.