Gündəm

Suriya’da silahlar dayanıb, atəşkəs son şansdır

203views

ABŞ və Rusiya’nın razılığa gəldiyi Suriya’da Atəşkəs, dünən axşam Bakı saatı ilə 20:00’da başlayıb

Qurban Bayramı’nın ilk gününə təsadüf edən razılaşmanın həyata keçməsi ilə hər iki tərəfdə də silahlar susub.

Suriyalılar 2011’ci ildən bu yana içərisində olduqları müharibə və terrordan qismən də olsa uzağlaşa bildikləri üçün sevinclidirlər : “Əgər hərbiçilər sabitliyə uyub bizə qarşı hücuma keçməzlərsə, əlbətdə ki atəşkəs bizə yaxşı gələr.”

Bütöv Suriya sərehədləri içərisində həyata keçən atəşkəsin 7 gün davam etməsi halında ABŞ və Rusiya, bu ölkədə terroris hədəflərə qarşı koordinasiyalı hava hücumları reallaşdıracaq.

ABŞ Xarici İşlər Naziri John Kerry, razılaşmanın Suriya üçün son şans olduğunu söyləyir: “Müharibəni sonlandıra biləcək tək gücün bu olduğunu düşünürəm. Bütün tərəfləri atəşkəsə çağırıram; çünki Suriyanın bütövlüyünü qorumaq üçün bu son şansdır.”

Eyni zamanda Suriya Dövlət Prezidenti Bəşər Əsəd, keçən ay müxalifətin əlindən alınan Dara’da dünən Bayram Namazı qılıb. Suriyanın rəsmi xəbər orqanı Sana’ya müsahibə verən Əsəd, Washington və Moskva idarə heyyətinin keçən Cümə günü Cenevrə’də qərara gəldiyi razılaşmanı xoş qarşıladığını bildirib.