MusiqiTV

Süni zəka tərəfindən yazılmış ilk mahnılar

940views

Süni zəka tərəfindən yazılıb bəstələnən ilk mahnıları dinləmək istəyirsiniz?

Süni zəkaya, bir alətin vəzifəsini yerinə yetirərkən qarşılaşacağı problemlər qarşısında həll olunmasına imkan təmin edən məntiq də demək olar. Əlavə olaraq insanlarla ünsiyyət qurmaq bacarığı, məlumatları işləyib bir nəticə çıxarmaq və müxtəlif dilləri anlamaq süni zəkaya məxsus texnologiyanın işidir.

Ən çox eşitdiyimiz süni zəka, böyük ehtimalla Apple tərəfindən inkişaf etdirilmiş olan Siri’dir. Bir çox istedadı yerinə yetirən süni zəkalı maşınların daha əvvəldən şeir yazdığı və qısa film çəkdiyini eşitmişdik, ancaq onlar ilk dəfə olaraq mahnı yazıblar.

“Daddys Car” (Atamın Maşını) adı verilmiş mahnının melodiya və akordları süni zəka tərəfindən, var olan minlərlə mahnını araşdıraraq və qarışdıraraq aparılıb və daha sonra Fransız bəstəkar Benedikt Carre mahnının sözlərini yazaraq musiqili mənada son dəyişiklikləri edib. Beatles qrupunun mahnılarına bənzədilən “Daddys Car” hələlik sahəsində yeganə olsa da, Sony, 2017-ci ilin sonuna qədər süni zəka tərəfindən yaradılan mahnılardan ibarət bir albom çıxarmağı planlaşdırır.