Cihazlarİqtisadiyyat

Süni zəkalı robot 160 milyard dollar dövriyyəli şirkətə rəhbərlik edəcək

369views

Dünyaca məşhur şirkətin göstəricilərini və izlənəcək yolunu süni zəka müəyyənləşdirəcək.

Web dünyasının ixtiraçısı Ser Tim Berners Li verdiyi bəyanatda “Süni zəka, bədəni olan bir robot mənzərəsində olmayacaq, süni zəka şirkətləri idarə edəcək” proqnozunda olmuşdu. Görünən odur ki, Berners Linin proqnozu reallaşmağa başlayır.
Süni zəka şirkətləri idarə edəcək
Briolqecater Associates şirkətinin təsisçisi Rey Dalio, şirkətdə olmadığı zamanlarda təsdiq etdiyi üsulların istifadəsindən əmin olmaq istəyir. Bu ideyasına görə Dalio, artıq idarəetmə və qəraralma vəzifələrini süni zəkaya təhvil vermək istəyir. Wall Street Journalın xəbərinə görə, şirkətdəki çalışanlar artıq qərar almaq əvəzinə, süni zəkaya ehtiyacı olan meyarları təqdim edəcək.
Süni zəka şirkətləri idarə edəcək
160 milyard dollarlıq vəsaitin dövriyyə olunduğu şirkətdə əslində uzun zamandır süni zəkalar çalışırdı. IBM-in Uatson layihəsini də idarə edən Devid Ferruccinin başında olduğu Systematized Intelligence Lab adlı layihə, analitik-informasiya və süni zəka məsələlərində mütəxəssislərlə birlikdə formalaşır. 2015-ci ildən etibarən süni zəka istifadə edən şirkət bu işi daha rəsmi şəkildə görmək istəyir.
Süni zəka şirkətləri idarə edəcək
Süni zəkalar yaxın bir zamanda sizin əmanət hesabınızdan pul qazanmağınıza yardımçı olacaq. Çünki əmanət hesabınızda daim duran və işlənməyən bir pul sizin böyük şansları da qaçırmağınıza şərait yaradır. Süni zəkalar sizin xərclərinizi, keçmişinizi təhlil edib əmanət, investisiya və kredit kartları arasında pul qalıqlarını təmin edəcək.

Süni zəka şirkətləri idarə edəcək