KonsertMusiqi

Sting’in Inshallah mahnısı və yeni albomu

370views

Sting son albomundakı ‘Inshallah’ adlı parçasında, qaçqın problemi ilə əlaqədar hissiyyatını ifadə edir.

Albomun çıxış parçası ‘I Can not Stop Thinking About You’-dur. Alboma ümumilikdə sərt gitaralar və rock tənzimləmələri hakimdir. ’50 .000′, ‘One Fine Day’, ‘Neft Head’, ‘Down Down Down’, ‘Pretty Young Soldier’, ‘Heading South On The Great North Road’ başda olmaq üzrə bütün albom Sting’in The Police‘lə başlayan ilk dövrünü xatırladır.

Sting ötən günlərdə, Fransanın paytaxtı Parisdəki, “Bataclan” konsert salonunda “İnşallah” adlı yeni mahnısını ilk dəfə səsləndirmişdi.

Xatırladaq ki, ötən il, İŞİD’in hücumu nəticəsində 90 adamın həyatını itirdiyi Bataclan konsert salonu bağlanılmışdı. Konsert salonu qapılarını uzun aradan sonra Sting‘in qaçqınlar üçün bəstələdiyi yeni mahnısı ‘İnşallah’ ilə açıldı.

https://www.youtube.com/watch?v=xlsGPC355_s