Kosmos

Stephen Hawking: ‘Yaşanacaq yeni planet tapılmazsa insanlığın dünyada ömrü azdır’

662views

Dünyanın ən məşhur fiziki olaraq görülən İngilis elm adamı Stephen Hawking, insanlığın sonunun yaxın olduğunu söyləyib.

‘Oxford Union Society’ üçün, insan mənşələri və gələcəyi haqqında danışan Hawking, yaşanacaq yeni bir planet tapılmazsa insanlığın dünyada 1000 ildən az ömrünün qaldığını vurğulayıb.

74 yaşındakı fizikaçı və kosmoloq, son 50 ildə kainat haqqında bilinən yeni məlumatlardan yola çıxaraq 2016-cı ilin yaşam və nəzəri fizika araşdırmaları etmək üçün parlaq bir il olaraq gördüyünü xarakterizə edib. Hawking, “Kainat haqqındakı fikirlərimiz son 50 ildə az qala tamamilə dəyişib və mən bunda az belə olsa iştirak edə bildimsə, çox xoşdur mənə. Təbiətin təməl parçacıqlarından biri olan biz insanların, bizi və kainatı idarə edən qanunları həll etməyə bu qədər yaxınlaşması sanki bir zəfərdir. ‘Cosmos’ kimi super kompüterlərin köməyi ilə milyonlarla qalaktikanın yerini tapa biləcəyik və kainatdakı yerimizi daha yaxşı anlayacağıq. Bəlkə bir gün yer çəkimi dalğalarından istifadə edib Big Bangın ürəyinə belə baxa biləcəyik.” deyə məlumat verib.