Kompüter

Stephen Hawking: Texnoloji inkişaf hamımızı məhv edə bilər

Stephen Hawking
294views

Dünya şöhrətli elm insanı Stephen Hawking, bəşəriyyəti müxtəlif mövzularda xəbərdar etməyə davam edir.

Dünyanın yaşayan ən məşhur və ən böyük fiziklərindən olan Stephen Hawking texnologiyanın və bununla yanaşı süni zəkanın inkişafı məsələsində narahatlıqlarını dilə gətirməyə davam edir.

Daha əvvəl bir çox dəfə süni zəkanın inkişafı məsələsində insanları qorxudan Stephen Hawking, ötən günlərdə The Times-a yeni bir müsahibə verib və bu dəfə də yeni xəbərdarlıqlar edib.

Stephen Hawking müsahibədə texnologiyanın inkişafı nəzarət altına alınmazsa gələcəkdə bəşəriyyəti məhv edəcəyini söyləyib. O, bəşəriyyətin bu barədə təhdidləri müəyyən etmək üçün ortaq bir işlər görməsi lazım olduğunu söyləyir.

Bəşəriyyətin inkişaf etdirdiyi texnologiyaların, bəşəriyyəti məhv edə biləcək tutuma çatdığını bildirən, Stephen Hawking, “Təcavüzkarlıq, təkamül müddətində genlərə işləmişdir və indi bu təcavüzkarlıq, texnologiyayla birləşəndə hamımızı nüvə və ya bioloji bir döyüşdə məhv etmə təhlükəsi yaradır. Bunu genetik irsi, ağıl və məntiqlə nəzarət altına almalıyıq” deyib.

Həmçinin Hawkinge görə bu cür məsələlər üçün dünya hökuməti yaradılmalıdır.