MaraqlıMəşhurlar

Starbucksı adı kimi star edən adam: Howard Schultz

Howard Schultz
22views

Hamımız yəqin ki, mütləq bir qəhvəsini içmişik.

Dünyanın ən böyük qəhvə zənciri olan Starbucks 25 minə yaxın mağaza və 238 min çalışan ilə eyni zamanda dünya nəhəngi bir şirkətdir. Starbucksı bu günlərə daşıyan əfsanə ad isə Howard Schultz-dur. Gəlin hekayəsinə birlikdə nəzər salaq.

1953 Kaliforniya doğumlu Howard Schultz, Starbucks qəhvə zəncirini bu günlərə daşıyan şəxsdir. Kasıb bir ailənin uşağı olaraq dünyaya gəlib, həyatı boyunca böyük çətinliklər çəkmişdir. Universitetə çətin şərtlər altında təqaüd ilə daxil olmuş və 1975-ci ildə informasiya bölümündən məzun olub.

Howard Schultz
Howard Schultz

Məzun olduqdan sonra Nyu-Yorkda satış nümayəndəsi kimi çalışmağa başlayır. Buradan mətbəx materialları ticarəti ilə məşğul olan Hammerplast adlı İsveç firmasına 1979-cu ildə baş direktor olaraq keçər. Bir gün, Seattledən, Starbucks adlı kiçik bir firmanın, eyni növ filtr qəhvə materialları sifarişi verməsi diqqətini çəkir.

Howard Schultz
Howard Schultz

Sonra Nyu-Yorkdan Seattle-ə gedərək, sifarişi verən o firma ilə tanış olur. Həyatından bundan sonra heç çıxmayacaq Starbucks adını ilk olaraq o zaman eşidər. Kafenin sahibləri ilə ünsiyyətini gücləndirir. Bir il sonra Starbucksın sahibləri Schultzu marketinq müdiri kimi işə götürürlər. Starbucks hekayəsi də beləcə başlamış olur. Howard Schultz, Starbucksla ilk tanış olduğu gündən etibarən yaxşı qəhvənin yalnız orada deyil, bütün Amerikada olması lazım olduğuna inanar. Şirkətə daxil olduqdan bir müddət sonra İtaliyaya səfərində bu inancını bir yüksək müstəviyə daşıyaraq, bugünkü Starbuck-sın əsasını qoyur.

Howard Schultz
Howard Schultz

1987-ci ildə Starbucksın tərəfdaşları, Ceri Baldwin və Qordon Bowker şirkəti satmağa qərar verir. Bu Howard Schultz üçün böyük bir fürsət olur. Starbucksı 4 milyon dollara satın alır. Starbucksın sahibi olanda hələ 34 yaşında idi. Starbucksın beynəlxalq nəhəng bir qəhvə zənciri halına çevrilməsi beləcə başlamış olur.

Howard Schultz
Howard Schultz

Starbucks qurulduğundan bu günə qədər reklam əvəzinə bütün əhəmiyyətini işçilərinə vermişdir. Hətta Schultzun Starbucks əfsanəsini anlatdığı Könlünü İşə Vermək (Pour Your Heart into It: How Starbucks Built a Company One Cup at a Time) adlı kitabında qeyd etdiyi kimi; Starbucks markası istehlakçılarla deyil əvvəl çalışanlarla inşa edilmişdir. Çünki müştərinin gözləntilərini təmin etməyin ən yaxşı yolunun, işini sevən və yiyələnən çalışanlardan keçdiyinə inanmışdır.
Starbucks
Howard Schultz, əməkdaşları üçün Amerikada az rast gəlinən əhatəli bir sağlamlıq sığortası tətbiq etməni gətirir. Bu təcrübədən başqa, Bean Stock adı verilən və bütün çalışanların müəyyən miqdarda Starbucks hissəsinə sahib olmasını təmin edən bir təcrübə daha çıxarmışdır. Keyfiyyət, bir marka üçün olmazsa olmazdır. Starbucks buna sadiq qalmış və belə bir hadisəylə bunu sübut etmişdir. United Airlines, bütün təyyarələrində 80 milyona varan yolçusuna qəhvə vermək üçün Starbucks ilə müqavilə imzalayar. Lakin sərnişinlərdən qəhvənin dadının Starbucks mağazalarındakı ləzzətə yaxın olmadığı məlumatı üzərinə müqavilə təxirə salınar.

Starbucks

Sonra uzun sürən birgə çalışma sonrası personal öyrədilir və qəhvənin Starbucks ləzzətinə yaxın vəziyyətə gətirildiyinə inandıqdan sonra yenə qəhvə servisi aparılmasına icazə verilmiş olur. Bu hadisə bizə keyfiyyətin bir marka üçün qazancdan daha öndə gələ biləcəyini bildirir. Starbucksın həm İcraçı Direktoru həm də idarə heyətinin rəhbərliyini davam etdirən Howard Schultz, 1 Dekabr 2016 tarixində CEO-luqdan istefa edəcəyini açıqlamışdır. CEO-luq vəzifəsinə Aprel 2017-də Kevin Conson gələcəkdir. Lakin Howard Schultz idarə heyətinin rəhbərliyini davam etdirəcəkdir.

Howard Schultz
Howard Schultz

Bonus 1: Yarandığından günümüzə Starbucks loqoları.
Starbucks logos
Bonus 2: Howard Schultz, Könlünü İşə Vermək adlı kitabında, Starbucksın uğurunu izah edir.

Starbucks