Gündəm

Spirtli vasitə istifadə edən isveçli nazir istefa etdi

271views

İsveçin Təhsil Üzrə Naziri Aida Hadzialic, içkili vəziyyətdə maşın sürdüyü üçün polislər tərəfindən saxlanılmasının ardından keçirdiyi mətbuat konfransında “həyatımın ən böyük səhvini etdim” deyərək istefa verib.

Dünən axşam Danimarkanın paytaxtı Kopenhagendə izlədiyi konsert sonrasında Malmöye gələrkən yol polisinin spirt nəzarətindən keçən, qanında 0.2 promil spirt müəyyən edilən İsveçli nazir Aida Hadzialic keçirdiyi mətbuat konfransında, “Konsert ərəfəsində iki stəkan şərab içmişdim. Konsertdən sonra spirtin təsirinin keçmiş ola biləcəyini düşünərək sükana oturdum. Demək ki keçməmiş. Bu indi nəticələrini çəkdiyim böyük bir səhv idi. Etdiyimin böyük bir səhv olduğunun şüurunda olduğum üçün istefa verirəm” deyə məlumat verib.