CihazlarMəşhurlar

SpaceX-in yaradıcısı Musk’dan yeni şirkət: Beyin və süni zəkalar birləşəcək

Elon Musk
339views

Kosmos Araşdırma Texnologiyaları Təşkilatı (SpaceX) ilə Teslanın təsisçisi və İcraçı Direktoru Elon Musk, insan beyni və süni zəkanı birləşdirəcək texnologiya şirkətini qurdu.

Neuralink adlı şirkətinin əsas hədəfi, insan beyni və kompüterlər arasında birbaşa ünsiyyət quracaq bir interfeys yaratmaqdır.

Kaliforniya mərkəzli Neuralink şirkətinin strukturunda Elon Muskın fəal rol oynadığını və sonrakı mərhələlərdə rəhbərləri arasında yer alacağını yazan Wall Street Journalın xəbərinə görə, layihədə ilk olaraq epilepsiya və Parkinson kimi ağır beyin pozuntularını müalicə etmək üçün beyin içinə yerləşdiriləcək inkişaf etmiş implantlar hasil ediləcək.

Neuralinkin etdirəcəyi bu texnologiyanın, insanların beyninə yerləşdirilən elektrodlar və süni sinir şəbəkələri ilə beynin birbaşa kompüterə məlumat ötürə və ya kompüterdən beyinə məlumat transferi edə biləcəyi irəli sürülür.

İddialara görə bu sahədəki işləri sürətləndirən Neuralink, nevrologiya sahəsində ixtisaslaşmış bir çox elm insanını son prosesdə tərkibinə qatıb.

İnsan beyni ilə süni zəka mövzusunda keçən həftə Vanity Fair-ə danışan Musk, “Beyin interfeysinin inkişaf etdirilməsinə, orta hesabla 4- 5 il kimi bir müddət var” ifadələrini bildirib. Musk, fevral ayındakı bir müsahibədə isə, “Zamanla, bioloji zəka ilə rəqəmsal zəka arasında yəqin ki, daha yaxın bir birləşmə görəcəyik” demişdi.