Şəbəkə

Soyuqdan hər tərəfi donan ev sosial mediada geniş maraq yaratdı

888views

Soyuq hava axınının gücünü göstərən bu ev sosial mediada geniş maraq yaradıb.

New York, mart ayında soyuq qışı ilə mübarizə aparır. Sosial mediada sürətlə yayılan görüntülər, buradakı hava şərtlərinin nə qədər ağır olduğunu ortaya qoyub.


Şəhərin Webster bölgəsindəki Ontario Gölünün dərhal kənarında yerləşən bu ev, şəhərin bir neçə gün məruz qaldığı soyuq hava axını sonunda buzdan bir heykələ çevrilib.


Fotoqraf Con Kucko, Facebook səhifəsində və Twitterda bəzi fotoşəkillər dərc edib və bu maraqlı hadisə sosial mediada danışılmağa başlayıb. İnsanlar saxta olduğunu irəli sürəndə Kucko vəziyyəti sübut etmək üçün çəkdiyi video materialları da bütün hesablarında və bir canlı yayım vasitəsi ilə göstərib.

Həmin yerdə yaşayan insanlara görə uzun illərdir təkrarlanan bu hadisə normal qəbul edilir. Ancaq bir fotoqraf və sosial media həqiqəti ilə bütün dünya bu maraqlı evin görkəmini görmüş oldu.