Məşhurlar

Sosioloq və filosof Zygmunt Bauman həyatını itirdi

233views

Modernizm, totalitarizm və postmodernizm üzərində apardığı işlərlə tanınan, 91 yaşlı Polşalı sosioloq və filosof Zygmunt Bauman həyatını itirdi.

Zygmunt Baumanın, İngiltərənin Leeds şəhərindəki evində, ailəsinin yanında həyata vida etdiyi qeyd olunub.

İkinci Dünya Müharibəsi baş verənə qədər, doğuş yeri Polşanın Poznan şəhərində yaşamağını davam etdirən Bauman, Holokosttan qaçaraq ailəsiylə Sovetlər Birliyinə sığınıb. Müharibənin ardından Varşava Universitetində doktorluq tamamlayan Bauman, 1954-dən etibarən eyni universitetdə sosiologiya dərsləri verməyə başlayıb. Bauman, 1968-ə Polşa Kommunist Partiyasından çıxıb. Həmin il, siyasi səbəblərlə sosiologiya professoru adını itirərək ölkəni tərk edən Bauman, İsrailə mühacirət edib.

Böyük Britaniyanın çağırışı üzərinə 1971-də Leeds Universitetində dərs verməyə başlayan Bauman, 1990-larda təqaüdə çıxana qədər fəaliyyətini burada davam edib. 50nin üzərində kitabı olan Bauman, 1989-da çap  etdiyi “Müasirlik və Holokost” kitabı ilə bir çox filosofdan ayrılaraq, Yəhudilərin soyqırıma tabe tutulmasını müasirliyinin əsaslarından olan sənayeləşmə və rasional bürokratiyanın nəticəsi kimi qiymətləndirmişdi.

“Holokostu təsəvvür edən müasir sivilizasiyanın rasional dünyası” qiymətləndirməsində olan Bauman, 1990-larda inkişaf etdirdiyi axıcı müasirlik anlayışı ilə müasir dünyada köksüz və proqnozlaşdırıla bilinən hər hansı bir çərçivədən məhrum buraxılan şəxsləri xarakterizə edib.

Postmodern etik, Sosioloji düşünmək, Qloballaşma, Müasirlik kitabları ilə tanınan Bauman, 1989-da Amalfi mükafatı, 1998-də Theodor Adorno Mükafatını almışdı.