Şəbəkə

Sony Music, Britney Spears’ı əvvəl öldürdü, sonra üzr istədi

243views

Sony Music, Twitter hesabından Amerikalı müğənni Britney Spearsın həyatını itirdiyi yönündə paylaşımlar edib.

Sony Music tərəfindən edilən açıqlamada, 35 yaşlı müğənninin öldüyünə dair paylaşımların, hesabın kompüter hakerləri tərəfindən ələ keçirilməsi nəticəsində atıldığı və həqiqəti əks etdirmədiyini bildirib. Hesabın haker hücumundan azad edildiyini açıqlayan şirkət, sözügedən paylaşımları da silib, baş verən hadisə səbəbilə müğənni və ailəsindən üzr istəyib. Spears məsələ ilə bağlı açıqlama verməyib, meneceri Adam Leber isə müğənninin çox yaxşı olduğunu deyib.

https://twitter.com/musicnews_facts/status/813382835428085760

Əsassız tweeti isə kompüter piratı Ourmine qrupu üzərinə götürüb. Eyni qrup qısa bir müddət əvvəl Amerikalı firmalar Netflix US və Marvel Entertainmentın Twitter hesablarına da hücum etmişdi.