Cihazlar

Sony, gözünüzlə video çəkmək xüsusiyyətini hazırlayır

225views

Sony, kontakt linza texnologiyaları üzərində yeni bir patent alıb.

Bu patent, istifadə ediləcək olan kontakt linza ilə yaxşı bir görüntü və ya artırılmış reallıq xüsusiyyətləri təqdim etməsi deyil, istənilən vaxt video qeyd edə bilməsi üzərində qurulmuşdur. Yəni bir mənada, gördüyünüz hər şeyi eyni anda video olaraq da qeyd edə bilərsiniz. Əlbəttə, istəsəniz.
Sony, bu kontakt linzanın üzərinə yerləşdirəcəyi sensorlar sayəsində istəkli və istəksiz göz qırpmalarını təqib edərək video qeydlərinin problemsiz baş verməsini hədəfləyir. Çəkilən video materiallar, linzanın üzərindəki saxlanma sahəsində toplanacaq və linza enerji mənbəyi olaraq da göz hərəkətlərindən istifadə edəcək.
Əlbəttə bu hazırda nəzəri olaraq danışılır, amma hazırlandıqda çox diqqət çəkən və bir o qədər də şübhə yaradacaq heyrətamiz bir məhsul ola bilər. Xatırlarsanız Google-ın şəxsi eynəyi sayəsində bir çox qadağa qərarı çıxmış, hətta insanlar arasında ciddi mübahisələr də yaratmışdı.