Dünya

Somalidə vəziyyət getdikcə daha da pisləşir | 110 nəfər itki

Somalide son veziyyet 2017
282views

Şərqi Afrika ölkəsi Somalidə quraqlığın səbəb olduğu qıtlıq və epidemiya xəstəlikləri can almağa davam edir.

Somali hökuməti 4 Mart tarixli açıqlamasında son iki gün içərisində ən az 110 nəfər insanın qıtlıq və xəstəliklər səbəbindən öldüyünü bidldirib.

Yerli qaynaqlar ötən həftə sərt quraqlığın hökm sürməsi və ölkə ərazisində fəlakətə çevrilə biləcəyi haqqında məlumat vermişdi.

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə Somalidə hökm sürən qida böhranı təxminən 1.5 milyon insana təsir edir. Dörd yüz mindən çox uşaq qeyri-kafi qidalanmadan qaynaqlanan xəstəlik riski ilə qarşı-qarşıyadır.

Ümumilikdə isə, qıtlıq təhlükəsinin bütün dünyada təxminən 5 milyon insana təsir etdiyi təxmin edilir.