DizaynMaraqlı

Sıx və kiçik ərazidə ev tikmək istəyənlər, bu evə diqqət!

Six ve kicik erazide ev timek
113views

Bir kitaba üz qabığına görə dəyər verməzlər deyirlər. Eyni misalı evlər üçün də çəkə bilərik, xüsusilə Yaponiyada olan bu kiçik ev üçün.

Mizuishi Architects şirkəti tərəfindən dizayn edilən 594 m²’lik ev, bir çay ilə avtomobil yolu arasındakı sıx bir əraziyə inşa edilib.

Çöldən baxdığınız zaman ev əslində kiçik görsənir, ancaq içərisi təxmin etdiyinizdən də böyük və xoş görünüşə sahibdir. Üçbucaq şəklində olan ev iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə yataq otağı, ikinci mərtəbədə isə mətbəx və qonaq otağı yerləşməkdədir. Evin çardaq hissəsində isə ailə üçün oyun otağı düşünülüb.

Evin bütün divarları ağ rəngə boyanıb və bununla da içəridə daha geniş və aydın görüntü əldə edilib.