Sağlamlıq

Siqaret və sulu qəlyan istifadəçilərinə pis xəbər

Siqaret ve sulu qelyana mehdudiyyet
255views

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iş planına daxil edilib.

Bu barədə komitənin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli bildirib.

Bundan əvvəl Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun lahiyəsinin artıq hazır olduğunu bildirmişdi.

M.Quliyev bildirib ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanıb: “Yaxın vaxtlarda komitə bu qanun layihəsini müzakirəyə çıxaracaq. Bu ilin sonuna qədər Milli Məclisin plenar iclasına tövsiyə olunması gözlənilir”.

Millət vəkili qeyd edib ki, qanun layihəsində tütün məmulatlarının istehlakı ilə yanaşı, sulu qəlyanların da istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.