DünyaSağlamlıq

Şimal qütbünün yerli əhalisində tarixdə ilk dəfə köklük halları yaşanmağa başlayıb

268views

Arktik yerli əhalisində tarixdə ilk dəfə köklük halları yaşanmağa başlayıb.

Rus elm insanları, Şimal Qütbünün Arktik bölgəsində yaşayan yerlilərin, hazır Çin əriştə və digər yeməklərə görə tarixdə ilk dəfə köklük problemi ilə qarşı-qarşıya olduğunu açıqlayıblar.

Rus elm insanları, Sibirin şimalındakı Yamal yarımadasında yaşayan Nenets və Xandu xalqlarında diqqət çəkən dəyişikliklər mövzusunda xəbərdarlıq ediblər. Ənənəvi olaraq maral əti və təzə balıqla qidalanan yerli xalqın xarici təsirlərə məruz qalması, həyatlarında mənfi dəyişikliyə səbəb olub.

Arktik yerli əhalisi

Rusiyanın Yamal-Nenets Muxtar Bölgəsindəki Elm və Texnologiya Kollegiyasının Sədri Aleksey Titovski və qrupu, bölgə xalqının balıq və maral əti ilə qidalanma faizinin yarı yarıya azaldığını, bu qidaların yerini hazır vermişel, makaron, çörək, xəmir yeməkləri və şəkərin yer aldığı müəyyən edilib.

Arktik yerli əhalisi

Titovski, etdiyi açıqlamada “Bu insanların qidalanma tərzi, son bir neçə ildir əhəmiyyətli dərəcədə dəyişib. Tundra zonalarında yaşayan insanlar kimyəvi tərkibli qidalar istehlak edirlər. Şimal yerlərdə daha əvvəl köklük problemi ilə qarşılaşılmamışdı” deyib.
Mütəxəssislər, yerli xalqların ənənəvi qidalanma tərzinin onlara bölgənin sərt iqlim şəraitinə uyğunlaşma imkanı verdiyini ifadə edir. Belə ki, maral əti və balıq yağının həddindən artıq soyuqlara qarşı dayanıqlılığı artırdığı, durnabalığı və şirinsu gəlinciyi kimi balıqların da hipertoniya və tənəffüslə bağlı xəstəliklərin qarşısını aldığı məlumdur. Qidalanma vərdişinin dəyişməsi köklükdən başqa, müxtəlif sağlamlıq problemlərinin da artırdığı qeyd edilib.

Elm insanları, regionda köçəri kimi yaşayan həmin xalqların köç marşrutlarını azaltmasının da köklük problemlərində bir amil olduğuna diqqət çəkir. Siberian Timesa görə, son 25 ildə köçəri çobanların maralları qidalandırdığı məsafə yolu yarı yarıya qısaldılıb. Yerlilər, əllərindəki əti satmaq üçün regiondakı qaz yataqlarında çalışan fəhlələrin olduğu nöqtələrdə yerləşdirərək, daha az yol qət etmiş olurlar; Bu səbəbdən də artıq çox az kalori xərcləyirlər.