Dünya

Silikon Vadisi maqnatları “qiyamət günü”nə hazırlaşırlar

Silikon Vadisi
225views

Silikon Vadisi maqnatları “qiyamət günü”nə hazırlaşırlar

ABŞ-ın Kaliforniya ştatında yerləşən və dünyadakı texnologiya istehsalının mərkəzi qəbul edilən Silikon Vadisindəki milyonçuların böyük bir qisminin mümkün “qiyamət günü” üçün ciddi hazırlıq içində olduğu bildirildi. Texnologiya milyonçularının silah və mərmi saxladıqları, motosikletlər alaraq yeraltı sığınacaqlar etdikləri qeyd edilib.

Independent’in xəbərinə görə, ən çox süni zəkanın irəliləyişindən qorxan Silikon Vadisi zənginləri, bir gün ağıllı cihazların insanlara qarşı çıxacağından narahat olurlar.

Peşəkar sosial şəbəkə Linkedınin qurucularından Reid Hoffman, ABŞ-ın Kaliforniya ştatındakı zənginlərin ən az yarısının qiyamət gününə aktiv hazırlıqlar içində olduğunu qeyd edərkən; Köhnə Facebook rəhbəri Antonio Garca Martnezin isə Sakit okeanındakı bir adada satın aldığı torpaq üzərində, generatorlar və günəş batareyaları ilə təchiz edilmiş bir ev inşa etdiyini, eyni zamanda da çox sayda silah satın aldığı iddia edilir.

Reddit internet saytının keçmiş baş direktoru Yishan Wong da yeraltı sığınacaqlara edilən xərclərin boşa getməyəcəyini düşündüyünü ifadə edir.