Oxu zalı

Sevgilim şeirləri

1.7Kviews

[vc_row][vc_column width=”1/2″]Müəllif: Anar Bəylər

Sən və mən

Qaranlıq saçan şam işığında,
Soyuqdan gizlənən ruhum.
Bir qığılcıma həsrət olanda,
Çıxa gəldin sən.

Fırtınalarda pərişan,
Könlüm bir liman axtaranda,
Məni çılğın dalğalardan,
Çəkib aldın sən…

Həyata yenidən göz açmış,
Sonsuz yuxudan oyanmış,
Sovrulaq qoşa yarpaq kimi,
Dünyanın bilinməyən ucuna…

Bir günəşimiz olsun,
Həyatımıza dolsun,
Bir bəstəmiz olsun,
Sevgi hekayəsindən danışaq…

Sən və mən birlikdə,
Yelkən açaq üfiqlərə,
Qoy qısqansın bizi,
Səmada mələklər belə…

Sən və mən birlikdə,
Yelkən açaq ümidlərə,
Qoy qısqansın bizi,
Səmada ulduzlar belə…[/vc_column]

[vc_column width=”1/2″]Müəllif: Azər Şirin

Yağış yağır, sevgilim.

Yağış yağır, sevgilim…
Tökülən hər damlasında sənin səsin
Bəzən şıltaqlıq həvəsin… Yağır yenə üz-gözümə
İslanıram istəyinin dənizində,
Arada bir guruldayan göy üzündə sənin adın möhürlənir…

Yağış yağır, sevgilim…
Səsin gəlmir qulağıma, darıxıram
Pəncərədən boş yollara hey baxıram…
Qorxuram ki, ürəyini sındırmışam
Bəlkə biganə qalmışam..?

Axı necə inandırım, hər kəlməmdə onun adı
Həm suyumda, çörəyimdə onun dadı..!
Unutmağı unutmuşam onun üçün
Bəs görəsən susur telefonum neyçün..?

Yağış yağır, sevgilim…
Uşaq kimi kövrəlmişəm
Qollarında uyuyardım mən bu gecə
Ətrinlə sərxoş olardım, bilsən necə…
Bəlkə də son yağışımdır, bəlkə bu bahar qışımdır..?!

Öpüşərdik gözümüzü yumub yenə
Toxunardı barmaqlarım köynəyinə..!
Saniyəni öldürərdik, dəqiqəni basdırardıq,
Saatlara hökm verib asdırardıq
Bu sevgiylə biz istəsək lap cahanı susdurardıq, inan mənə..!
Sən susmasan…

Bəlkə bu gün son günümdür
Onun üçün istədim ki, bircə kəlmə deyim sənə
Bilirəm ki, sən sevirsən
Yağış yağır, sevgilim…[/vc_column][/vc_row]

Əlaqədar mövzu: Sevgi şeirləri

[vc_row][vc_column width=”1/2″]

Eyni bir zamanda vurur nəbzimiz
Eyni bir ürəkdə gəzir sevgimiz,
Eyni bir səmanı paylaşırıq biz
Niyə qəmgin olaq,niyə kövrələk?
Sən Xoşbəxt, Mən Xoşbəxt,gəl deyib-gülək!

Danışaq,yazışaq səhərə qədər
Sevən var bir-birin de bizim qədər?
Yazılsın bu eşqə bir roman,əsər
Hər kəs sevgimizdən danışsın gərək,
Sən Xoşbəxt Mən Xoşbəxt,gəl deyib-gülək!

Bülbül necə həsrət gülə, çəmənə
Mən sənə həsrətəm sən həsrət mənə,
Sübh çağı bir öpüş göndərdim sənə
Səni oyadacaq bir xəfif külək,
Sən Xoşbəxt Mən Xoşbəxt,gəl deyib-gülək!
Şəhərdən-şəhərə əl-ələ tutaq
Qəlbimiz yaxındı cismimiz uzaq,
Bu gecə yuxuma yenə gəl qonaq
Hələ röyalarda gərək görüşək,
Sən Xoşbəxt Mən Xoşbəxt,gəl deyib-gülək!!![/vc_column]

[vc_column width=”1/2″]

Sevgilim mənim, canım ürəyim!
Bilirsənmi səni mən necə sevirəm?
Yanıram ayrılıqdan, külə dönürəm…
Sənsən mənim sevgim, eşqim, hərşeyim!

Əbədi ürəyimdə qalacaqsan sən!
Əvəz edəbilməz səni heç kimsə!
İstərəm yanımda olasan hər an !
Sevgimizlə dolaq, daşaq biz birgə!

Öz dünyamız olsun, tərtəmiz!
İçində bir sən, bir mən, bir də sevgimiz!
Əbədiyyət şərbətindən içək biz!
Bir can olaq həmişəlik![/vc_column][/vc_row]