Oxu zalı

Sevgililər günü mesajları

14 fevral - Sevgililər Günü
2.38Kviews

14 fevral – Sevgililər günü.

Sevmək, sevilmək gözəl hissdir. Bu hissi hər kəs yaşamağı bacarmır, həqiqi sevgini yaşayan insanlar isə hədsiz xoşbəxt olmağa layiq insanlardırlar. Artıq sevgililər günü yaxınlaşır, bu gün də bir mesaj belə olsa atıb sevdiyiniz insanı xoşbəxt edə bilərsiniz. Bunun üçün aşağıda qeyd olunan mesajlardan da istifadə edə bilərsiniz!

Əlaqədar mövzu: Sevgililər Günü haqqında və tarixi

  1. Səni təxmin edəcəyin qədər deyil, dözüm edə bilməyəcəyin qədər çox sevirəm. Sənə “Sevgilim!” deyə bildiyim üçün özümü çox şanslı görürəm.
  2. Gözlərin gözlərimdə, əllərin əllərimdə, eşqin içimdə və ruhun bədənimdə olduğu müddətcə səni sevməyə davam edəcəyəm. Sevgililər gününü təbrik edirəm.
  3. Bilirsən hər göyqurşağının bitdiyi yerdə bir xəzinə saxlanarmış, atalarımız belə deyərdi. Göyqurşağını izlədim bu yaxınlarda səndə bitdi… Ən qiymətli xəzinəmsən mənim. Sevgililər günümüz mübarək.
  4. Ayrılıq kiçik sevgiləri öldürər amma böyük sevgiləri gücləndirər. Eynilə küləyin şamı söndürüb yanğını gücləndirdiyi kimi… Bizim də sevgimiz həmişə yaşayacaq və daha da güclənəcək sevgilim. Nəçə belə sevgililər günlərində birlikdə olmaq diləyi ilə.
  5. Sən dünyaya sürgün bir mələksən və mən səni o qədər çox sevəcəyəm ki bir daha cənnətinə geri dönmək istəməyəcəksən. Sevgililər günün mübarək!
  6. Doğan hər günün səhərində içimdə gözlərini görə bilmək eşqi olmasa, inan heç bir şeyə dəyməzdi yaşamaq. Sevgililər günün mübarək!
  7. Sənə ulduzlar qədər yaxın olmaq istəyərdim hər baxdığında məni görə bilməyin üçün, sənə buludlar qədər yaxın olmaq istəyərdim kədərləndiyində gözyaşlarını yağış olub silə bilmək üçün, sənə sən qədər yaxın olmaq istəyərdim ki məni, səni sevdiyim qədər sevə bilməyin üçün. Sevgililər günün mübarək birdənəm.
  8. Səni dənizdəki qumlar, göydəki ulduzlar, meşədəki ağaclar, dünyadakı insanlar, okeandakı sular və günəşin işıqlarından daha çox sevirəm.
  9. Bir quş olub getsəm, aşsam bu əngəlləri, varsam sənin yanına. Öpsəm doyana qədər,qoxlasam səni, ən böyük hədiyyə odur mənə.
  10. Bütün fəsilləri bir gündə, bütün illəri bir fəsildə yaşamağa razıyam səninlə. Neçə belə sevgililər gününü birlikdə keçirtmək arzusu ilə.
  11. Bir dəstə gül vermək istəyirəm sənə. Əslində güllərdən gözəlsən, gülü bir gün, səni isə sonsuza qədər sevirəm.
  12. Dünən gecə sən yatanda qızıla boyadım dənizləri, uçurumdan atdım səssizliyi, xəbər verdim küləklərə fısıldasınlar sənə, səni nə çox sevdiyimi və özlədiyimi.
  13. Sevgililər günündə bəlkə yanında deyiləm amma dünəndə, bu gündə ürəyin kimi yanındayam. Özünü yalnız hiss etdiyində əlini qəlbinə qoy, mən həmişə oradayam.
  14. Bəzi yuxular var digərlərindən daha uzun sürər, bəziləri çox gözəldir. Mənim ən uzun və ən gözəl yuxum indi bu dəqiqə bu mesajı oxuyur. Sevgililər günümüz mübarək.
  15. Səni nə qədər sevdiyimi bilmək istəyirsənsə, yağan hər yağmur damlasını tutmağa çalış, tuta bildiyin sənin, tuta bilmədiyin qədər sevirəm səni.
  16. Səni ulduzlara bənzədirəm, onlar qədər uzaq, onlar qədər əlçatmaz amma bir fərqin var, onlar milyonlarca, sən isə birdənəsən.
  17. Könlümə taxt qurdun, könlümün sutltanı oldun, gecə göy üzündə parıldayan ulduzum, sabah isə ruhuma doğan günəşim oldun. Sevgililər günümüz mübarək.
  18. Məni qaranlıqdan aydınlığa, yalandan gerçəyə, ölümdən ölümsüzlüyə gətirdiyin üçün təşəkkür edirəm. Səni sevirəm.
  19. Bilirsən hər göyqurşağının bitdiyi yerdə bir xəzinə gizlənirmiş. Göyqurşağını izləyib getdim, gəldi sənin yanında bitdi. Ən dəyərli xəzinəmsən mənim.
  20. O qədər gözəlsən ki, üzünə baxa bilmirəm, titrəyir əllərim, əllərini tuta bilmirəm. Dolanıb qucaqlamaq gəlir içimdən qucaqlaya bilmirəm. Elə bağlanmışam ki, sənsiz dura bilmirəm. Yuxudan oyanınca insanı oyandığına peşman edən, geri dönmək istəyib də dönəməyincə çarəsiz qalan, həyatda bir dəfə görüləbilən şirin yuxumsan. Səni çox sevirəm, sevgililər günümüz mübarək!

Əlaqədar mövzu: Sevgililər Günü hədiyyə seçimi