Münasibətlər

Sevgi daimidir: münasibətləri necə möhkəm və uzun ömürlü edək?

290views

Sevmək – insanlığın ən gözəl keyfiyyətlərindəndir. Sevgi insanı cəsur, iradəli və səbrli birinə çevirir. Lakin, bəzən “sevgi belə yetərsizdir” dediyimiz anlar olur. Ailə həyatı, uzun müddətli münasibət göstərir ki, sadəcə sevgi bütün çətinliklərin öhdəsindən gəlmir.

Bəs sevginin bütün bunların öhdəsindən gələ bilməsi üçün nə edə bilərik?

Təəccüblüdir ki, hər kəs bizdən necə evləndiyimizi soruşur, heç kim necə bu qədər uzun müddət evli qaldığımızla maraqlanmır.

Həqiqətən də, necə olur ki, bəziləri çox uzun müddətli evlilikdə belə bir-birlərini sevməyə davam edirlər, digərlər isə heç bir il münasibət belə yaşaya bilmirlər?

 

Yaaz.az bu suala cavab tapmağa çalışacaq:

 

  1. İnternet – tanışlıqlar işə yaramır

İnternet bizə “maraqlar”mıza uyğun istifadəçilər təklif edir. Məsələn, hər iki tərəfin Vudi Allenin filmlərini sevməsi, yaxud İnstrumental rock dinləməsi ilk mərhələdə tanışlıq üçün yaxşı bəhanə ola bilər, lakin münasibətin sonraki mərhələsində bunlar heç də vacib olmayacaq.

Aparılan tədqiqatlara görə, maraqların eyni olması evlilikdən məmnuniyyət seviyyəsinə heç bir müsbət təsir göstərmir.

love2

Yəni, öz oxşarımızla evlənmək istədiyimiz zaman, əslində çox böyük səhvə yol veririk. İnsanlar birlikdə fərqli musiqi dinləyərək də xoşbəxt olurlar. Problemlərlə isə bütün cütlüklər üzləşir, bunun ortaq maraqlarla əlaqəsi çox azdır.

 


Əsas məsələ, hər iki tərəfin yaranan problemin həlli yolunu tapmağıdır. Başqa sözlə, problem yarandığı zaman iki insanın özünü necə hiss etməsidir. Əgər, hər iki insan bir-birinin emosiyalarını anlayırsa, problem tez həllini tapır. Yəni, xoşbəxt olmağınız üçün emosiyalarını sizin kimi ifadə edən biri olmalıdır.


love7

Vaşinqton universitetinin professoru Con Qottman bildirir ki, iki nəfər münasibət qurduğu zaman ortaq emosional şablon yaranır.

 


İnsanlar bir-birilərinin emosiyalarını daha yaxşı və tez anlayırlar, və belə desək, zamanla emosional-oxşarlara çevrilirlər. Bu isə problemləri tez həll etməkdə hər iki tərəfə kömək olur.


 

  1. Mübahisə etmək yaxşı göstəricidir

Mübahisə etmək, söz davasına çıxmaq – normal haldır. Alimlər hesab edirlər ki, ən xoşbəxt cütlüklər cüzi səbəblərdən mübahisə edən cütlüklərdir. Yalniz əsaslı səbəblərdən mübahisə edən cütlüklər isə ya gec ya tez ayrılığa məhkumdurlar.

Hətda mübahisə belə – hissləri ifadə etmək tərzidir. Buna görə də cüzi mübahisələrdən sonra, insanlar bir-birlərini daha yaxın hiss edə bilirlər

love1


Təbii ki, ilk görüşdən mübahisəyə ehtiyac yoxdur, amma 3 illik birlikdəliyinizdə heç bir əsassız səbəb sizə yoldaşınıza qarşı özünüzdən çıxartmayıbsa, deməli hisslərinizə nəzər yetirməyin vaxtıdır.


 

  1. Romeo və Culyetta – yaxşı nümunə deyil

Romeo və Culyetta heç mübahisə etmədilər, çünki dahi Şekspir onları ilk mübahisədən əvvəl öldürmək qərarına gəldi. Onlara sadəcə bir şans verilsəydi, heç də ideal məhəbbət yaşamadıqlarının şahidi olardıq. Çünki ehtiras – tez, nəfəs kəsən və sadədir. Münasibət qurmaq isə – sevgi və əmək tələb edir.


“İlk baxışdan eşq”ə inana bilərsiz, amma eşqinizin ömürlük olması üçün daha çox səbr, daha çox əmək və daha çox sevgi sərf etməlisiniz.


 

  1. Həyatda uğura gətirən hər şey, evlilikdə də uğura gətirir

İşinizdə, təhsilinizdə, həyatınızda necə uğur qazanmısızsa, eləcə də evlilikdə uğur qazana bilərsiz. Yoldaşınızın sizə sadiq olmasını istəyrisizsə, sadiq olun – möhkəm olun. Və həyatınıza da məhz möhkəm: havanın dəyişməsi ilə fikrini dəyişməyən, küləyin əsdiyi yerə əsməyən – insanları buraxın. Möhkəmlik bütün işlərinizdə eləcə də ailə həyatınızda sizə uğur gətirəcək.

love8


Unutmayın, sevgi uzun ömürlü olmaq üçün bizdən qətiyyət tələb edir.


 

  1. Münasibətlərin müddətini proqnozlaşdırmaq mümkündürmü?

Vaşinqton univertitetinin psixoloqları hesab edirlər ki, mümkündür. Bunun üçün cütlüyə bir-iki sual vermək kifayətdir.

Qısa müddətli münasibət: – Biz mübahisə etmişik. Düzünə qalsa, o, özünü çox pis aparır, ümumiyyətlə bütün mübahisələrin günahkarı Odur!

Uzun müddətli münasibət: – Biz mübahisə etmişik. Sakitləşdikdən sonra onunla bu haqda danışmaq qərarına gəldik. Mənə elə gəlir, bundan sonra bir-birimizi daha yaxşı anlayarıq.

 

neg. # 010499-17, frame # 18A.

 


Bütün cütlüklər problemlər ilə üzləşir. Lakin, hər kəs yaşadığı problemi fərqli təsvir edir. Yaşadığınız problem sizin təsəvvür etdiyiniz qədər çətindir. Məqsəd – yaşadığımız hər şeydən faydalı dərs çıxartmaqdır.