Futbol

Sergio Aguero “Manchester” derbisini buraxacaq

MANCHESTER, ENGLAND - AUGUST 16: Sergio Aguero of Manchester City celebrates scoring the opening goal during the Barclays Premier League match between Manchester City and Chelsea at the Etihad Stadium on August 16, 2015 in Manchester, England. (Photo by Alex Livesey/Getty Images)
652views

İngiltərə Futbol Federasiyası (FA) Manchester Citynin argentinalı hücumçusu Sergio Agueroya 3 oyunluq cəza verib. Buna səbəb Agueronun West Ham ilə qarşılaşmada Winston Reid’ə qarşı dirsəyi ilə vurması olub. Bu hadisə oyun hakimin gözündən yayınsa da Federasiyanın gözündən qaçmayıb. Aguero gələn tur keçiriləcək “Manchester” derbisini, Bournemouth və Swansea ilə qarşılaşmaları buraxacaq.

Qeyd edək ki, 3 turdan sonra Aguero İbrahimovic ilə birlikdə 3 qol vuraraq bombardirlik yarışında zirvədə yer alır.

 

Elnur Cəfərov
idman xəbərləri yazarı