Tennis

Serena Williams’dan tarixi zəfər

Serena Williams 2017 aus open winner
197views

Serena Williams bacısı Venus Williams’ı 6-4’lük setlərlə 2-0 məğlub edərək ‘Avstraliya Açıq’da Çempionu olub.

Serena, karyerasındakı 23-cü Grand Slam çempionluğunu qazanaraq bu sahədə dövrün ən müvəffəqiyyətli adı olduğunu rəsmi olaraq sübut edib.

Statistik olaraq iki tennisçi arasında elə də böyük bir fərqin olmadığı matçda, kritik məqamlarda daha yaxşı oynayan Serena, qalibiyyəti əldə edib.

yaaz.az Venus Williams ve Serena Williams

‘Avstraliya Açıq’da 7-ci çempionluğunu qazanan 35 yaşındakı tennisçi, karyerasındakı Grand Slam çempionluğu sayını 23’ə yüksəldərək ən çox Grand Slam çempionu olan tennisçi ünvanının tək sahibi olub. Serena bu ünvanı daha əvvəl 22 çempionluğu olan Steffi Graf’la paylaşırdı.

Serena Williams, bu zəfərlə eyni zamanda WTA siyahısında 1-ci sırada olan Angelique Kerber’dən 1 nömrə ünvanını geri almış olub.