Eurovision

Serebro qrupundan Yelena Temnikova, Rusiyanı Eurovision 2017-də təmsil etməkdən imtina etdi

Serebro Eurovision 2007
826views

Serebro qrupundan Yelena Temnikova, Rusiyanı Eurovision 2017-də təmsil etməkdən imtina edib.

Eurovision 2017-nin ən maraq edilən ölkələrindən biri, heç şübhəsiz ki, Rusiyadır! Hər il səssiz-səmirsiz nümayəndəsini seçib, sonra güclü bir mahnıyla favoritlər arasına girsə də bu ilin xüsusi əhəmiyyəti var. Ötən il ikincilikdən sonra, işğal etdikləri bir ölkədəki yarışda ən ön cərgədə yer almaq artıq bir mənada zərurət kimi də görülə bilinər. Bu səbəbdən də Rusiya Televiziyası məsələyə olduqca ciddi yanaşır.

Mətbuatda yer alan xəbərlərə görə isə Rusiyanın Eurovision siyahısında yer alan ifaçılar: Elena Temnikova, Aleksandr Panayotov, Nyusha, Nargiz və Daria Antoniuk var.

Yelena Temnikova

Siyahının bəlkə də ən iddialı adı Eurovision 2007-də Serebrodan tanıdığımız Yelena Temnikova idi. Lakin gələn təklifi ifaçı hələlik geri çevirib. Məsələ ilə bağlı açıqlama verən Temnikova:

“Eurovision 2007-də getdim və o duyğuları hələ də xatırlayıram. Geri dönməyi də çox istəyirəm. Ancaq builki fərqli planlarıma görə bunu etməyəcəyəm. Eurovision 2017 üçün məni dəstəkləyən hər kəsə çox təşəkkür edirəm və Kiyevə gedəcək ifaçıya indidən uğurlar arzulayıram” – dedi.
Rusiyanın axtarışları davam edir. İfaçının kimliyi isə 10 martda məlum olacaq.