Maraqlı

Şekspirin əsərlərini Christopher Marlowe ilə birgə yazdığı sübut olundu

259views

Guardian qəzetinin məlumatına görə, ədəbiyyatşünas alimlər Şekspirin “VI Henri” 3 hissədən ibarət tarixi xronikasını məşhur dramaturq, şair Christopher Marlowe ilə birgə yazdığını sübut ediblər.

Gary Taylor-un başçılıq etdiyi tədqiqatda,  müasir kompüterlerin statistik metodları vasitəsi ilə müəllifin ən çox istifadə etdiyi sözlərin təhlilini keçirib, hər müəllifin şəxsi leksikonu müəyyən ediblər. Beləliklə, Şekspirin təhlil olunan əsərlərinin həmmüəllifinin Christopher Marlowe olduğu sübut olunub.

sheks1
Christopher Marlowe

 

Tədqiqatın nəticəsini nəzərə alaraq, ədəbiyyatşünaslar Şekspirin 44 əsərində başqa müəlliflərlə işlədiyini  sübut etmişlər. Bu ilin sonunda həmin əsərlərin üç hissədən ibarət New Oxford Shakespeare nəşrində adları çəkiləcəyi gözlənilir.