Mətbəx

Şəkərbura resepti və hazırlanması

13.8Kviews

Novruz yaxınlaşır, bayram xonçaları süfrələri yavaş-yavaş doldurmağa başlayır.

Bir birindən dadlı şirniyyatlarımız bişirilir. Novruz bayramının ənənəvi şirniyyatlarından biri bu gün reseptini sizinlə paylaşacağımız Şəkərburadır. Siz də bişirin, süfrənizi bəzəyin. Nuş Olsun!

Məqalə, azcookbook.com saytına istinadən paylaşılır.

Şəkildə: MAQQAŞ – Şəkərburanın üstünü bəzəmək üçün istifadə olunan alət.

maggash

ŞƏKƏRBURA
36 ədəd şəkərbura alınır.

Xəmir üçün:
1 kilo + 1 xörək qaşığı (mərhələ 3 üçün) əla növ un
400 qram kərə yağı
5 yumurta sarısı
250 qram xama
1/4 çay qaşığı duz
1/2 çay qaşığı vanil tozu
1/2 çay qaşığı quru maya (toz maya)
1 xörək qaşığı şəkər tozu
1/2 stəkan (125 m) ilıq süd

İçi üçün:
700 qram fındıq ləpəsi, və ya badam (qoz ləpəsi də olar, amma qozlu iç bir az tünd rəngdə alınır)
700 qram şəkər tozu
zövqə görə hil (mən təxminən 2 çay qaşığı qoyuram)

1. Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün unu və kərə yağını geniş qaba qoyun və əlinizlə toz halına gələnə kimi yaxşıca ovun.

Şəkərbura hazırlanması

Şəkərbura hazırlanması
2. Ayrı qabda yumurta sarısını, xamanı, duzu və vanil tozunu qaşıqla qarışdırın.
3. Ayrı qabda toz mayanı, 1 x. q. unu, 1 x.q. şəkər tozunu qarışdırın. Üstünə 1/4 stəkan ilıq süd tökün. Qoyun kənarda təxminən 2 dəqiqə qalsın.
4. Yumurta-xama qarışığını (#2) və mayaı qarışığını (#3) un-yağ (#1) qarışığa əlavə edin.

Şəkərbura hazırlanması

5. Əlinizlə ərzaqlar qarışanadək xəmir yoğurun. Bu mərhələdə xəmir bir qədər quru olacaq. Onu yumuşaltmaq üçün əlinizi təxminən 1/4 stəkan ilıq süd olan qabda islada-islada xəmiri yoğurmağa davam edin.

Şəkərbura hazırlanması

6. Xəmiri kündələyin və üstünü örtərək 30-40 dəqiqəlik kənara qoyun.

Şəkərbura hazırlanması

7. İçi hazırlayın. Bunun üçün qovrulmuş və qabığı soyulmuş fındığı və ya qozu və yaxud qabığı soyulmuş badamı sürtkəcli maşından keçirin və narın üyüdün. Üstünə toz şəkəri, və ətirli olması üçün hil əlavə edib qarışdırın.
Fındıq və ya qoz ləpəsini qovurub qabığını soymaq üçün: Fındığı və ya qozu tavaya qoyun və orta odda tez-tez qarışdıra-qarışdıra, qabığı soyulmağa başlayanadək qovurun (diqqətli olun, yandırmayın). Qovurulan fındığı və ya qozu çay dəsmalının bir tərəfinə qoyub, dəsmalın o biri tətəfiylə fındığın üstünə basaraq, ovun. Qabıqlar ayrılacaq. Bəzilərinin qabıqları tamamilə soyulmayacaq – nu normaldır.
Badamların qabığını soymaq üçün: Badamı qazana qoyub üstünə qaynar su tökün. Qoyun suda təxminən 2 dəqiqə qalsın (suda çox tutmayin, yoxsa badam yumuşaq olar). Badamı süzün və qurulayın. Barmaqlarınızla qabığı çıxana kimi ovun.

Şəkərbura hazırlanması

step2
8. Dincəlmiş xəmiri hər biri 50 qram olmaq şərtilə 36 kündəyə bölün.

Şəkərbura hazırlanması

9. Kündələrın qurumaması üçün, üstlərini örtün. Hər kündəni oxlovla diametri 10 cm olan kiçik dairələrə yayın.

Şəkərbura hazırlanması

10. Hər dairənin arasına 2 x.q. iç qoyun və dairəni yarım-ay şəklində bükün.

Şəkərbura hazırlanması

11. Kənarlarını bərkidin.

Şəkərbura hazırlanması

12. Sonra isə vintvari şəkildə bükün.

Şəkərbura hazırlanması

13. Şəkərburaları üstünə kalka kağızı sərilmiş listə yığın.

Şəkərbura hazırlanması

14. Sonra isə şəkərburaların üstünü bir-bir maqqaşla bəzəyin.

Şəkərbura hazırlanması

Şəkərbura hazırlanması
15. Şəkərburaları 180C dərəcəlik sobada təxminən 20 dəqiqə ərzində kənarları bir az qızarana kimi bişirin. Nuş Olsun!

Şəkərbura hazırlanması

Şəkərbura hazırlanması