Futbol

Şaxtyor Donetskin kapitanı Barcelonanın təklifinə rədd cavab verdi

Darijo Srna
164views

Şaxtyor Donetskin kapitanı xorvat ulduz Darijo Srna, İspaniya nəhəngi Barcelonaın transfer təklifini rədd etdi.

Qatıldığı bir televiziya proqramında “Qəlbim Şaxtyora aiddir. Bu üzdən komandamda qalmağa qərar verdim” deyən təcrübəli sağ cihan oyunçusu, Barcelonanın təklifini rədd etdiyini açıqlayıb.

Srna belə şərh edib: “Hər zaman qəlbimin Şaxtyor üçün atdığını demişəm. Bu üzdən klubumda qalacağam. Bu qərarımdan dolayı xoşbəxtəm. Qəlbimin səsini dinlədim və o səs mənə Şaxtyorda qalıb bu komandayla çempionluq yaşamağımı deyib. Doğru qərar verdiyimə inanıram. Barcelona ilə aramda keçənləri deyə bilmərəm çünki peşəkar bir hərəkət olmaz. Hər şeydən əhəmiyyətlisi, Şaxtyorda qalmaq istəyirəm”.