İnternetMünasibətlər

Şantaja məğlub olan Hindistanlı qadın, Geeta

146views

İnternetdə şantaj və qorxutma artıq bütün dünyada getdikcə böyüyən bir problemə çevrilməkdədir.

BBC Televiziya Kanalının Ərəbcə xidməti, Şimali Afrika, Orta Şərqi və Cənubi Asiyada apardığı araşdırmalarda, şəxsi görüntüləri, öz razılıqları olmadan internetdə paylaşılan insanların həyatını araşdırır.

Ardıcıl xəbərlərin 3-cü hissəsində (1-ci hissə – Kader Ahmed, 2-ci hissə – Samir) Hindistanın Uttar-Pradesh bölgəsində təcavüz edilən və ardından internetdə şəxsi görüntüləri yayımlanan Geeta adlı bir qadının həyatından danışılır.

Geeta, Hindistanın şimalında, çöllük ərazilərdə çalışan 40 yaşında bir xadiməçi idi.

Qazancı ilə alkoqolik ərinə və 3 övladına baxırdı.  Bir gün kömək üçün getdiyi evlərdən birində, cavan bir adam Geeta’nın ardınca gələrək, onunla birlikdə olması üçün təhdit edir.

Geeta bunu rədd etdikdə isə sözü gedən adamın təhitidləri artmağa başlayır.

Bu barədə kəndin səlahiyyətli şəxslərinə müraciət etmək istəyən Geeta, sonradan fikrindən yayınır. Çünki yaşadığı ərazilərdə ‘qadın azadlığı’ deyə bir mədəniyyət olmamaqdadır və bu barədə danışması ona qarşı təzyiqlərə yol aça bilər.

Geeta, qış aylarında yenidən xidmət üçün sözü gedən kəndə getmək məcburiyyətində qalır. Bu zaman isə o adam və dostları Geeta’nı kənd yaxınlığında tutaraq təcavüz edirlər.

Ən yaxın dostuna belə utandığından hadisəni danışa biməyən Geeta, nəhayət günlərin birində dayana bilmir və kəndin həkiminə və muxtarına hər şeyi danışır.

Ancaq Greetanın təxminləri doğru idi. Həkim və muxtar qadını günahlandıraraq səssiz qalmasını istəyir.

Geeta, belə olduqda polisə getmək qərarına gəlir. Ancaq həmin ərəfədə, təcavüzü video lentə alan o adamlar, görüntüləri internetə yerləşdirir.

Bütün kəndin bundan xəbər tutmasının ardından isə Geeta, yanvar ayında intihar edir.

Nəhayət polisin məsələyə müdaxiləsi ilə Geetanın cəsədi yandırılmır və müayinə üçün nəzarətə alınır. Hadisəni törədən 3 nəfər isə müəyyən olunaraq həbs olunur.