Dünya

San Francisco’da kütləvi nəqliyyat şəbəkəsinə kiber hücum olunub

687views

Amerika Birləşmiş Ştatlarının San Francisco şəhərində dövlətə aid kütləvi nəqliyyat şəbəkəsini idarə edən kompüter sistemi hacklanıb.

Kiber hücumun ardından, bütün avtobus, qatar və tramvay səfərlərinin bağlı olduğu şəbəkədəki kompüterlərdə nəzarət itirilib.

Sistemə daxil olmaq istəyən səlahiyyətli nəzarətçilər, ekranda bu yazı ilə qarşılaşıb: “Sisteminiz ələ keçirildi, bütün məlumatlar şifrelenib”

Hücumu həyata keçirən şəxs eyni zamanda ümumi dəyəri 70 min dollar olan 100 bitcoin virtual pul tələb edib.

Sistemin idarə heyyəti dərhal ilk tədbir görərək bilet aparatlarnın fəaliyyətini dondurub. Sərnişinlər bir müddət ödənişsiz keçiddən istifadə etməli olublar.

Qısa bir müddətdən sonra problem aradan qaldıraraq, əvvəlki vəziyyətinə qaytarılıb.