Mobil

Samsung Galaxy S8-in ilk canlı görüntüsü internetə sızdı

174views

Samsung-un maraqla gözlənən Galaxy S8 modeli qarşınızdadır.

Bir tərəfdən CES 2017 sərgisindən yeni telefon xəbərləri gələrkən, digər tərəfdən də daha sonra tanıdılacaq olan telefonlarla bağlı təfərrüatlar gəlməyə davam edir. Qısa bir müddət əvvəl rəsmi çıxış tarixini öyrəndiyimiz Galaxy S8 modelinin indi isə canlı görüntüsü gün üzünə çıxıb.
Çinli sosial şəbəkə Weibo-da sızdırılan görüntüyə baxanda Galaxy S8 modelinin əvvəlki Galaxy S7-dən dizayn məsələsində birbaşa olaraq ayrılan tərəflərinin olduğunu deyə bilərik.

Məsələn, bu mənada ilk gözümüzə dəyən, cihazda Samsung telefonlarda alışdığımız “Home” butonun olmamasıdır. Bununla yanaşı, çərçivənin də çox az olduğunu deyə bilərik. Qövslü quruluşda olan cihazın, Galaxy S8 Edge adlandırma vəziyyəti də var. Ancaq bu məsələdə dəqiq məlumatın olmadığını da qeyd edək.
Məhz cihazın yeni formasının olduğu iddia edilən şəkli aşağıdakı kimidir;

Samsung S8
Samsung Galaxy S8-in dizaynını necə bəyəndiniz?