Mobil

Samsung Galaxy S8-in ən dəqiq görüntüsü internetə sızdı | İddia

Samsung Galaxy S8
183views

Aprel ayında tanıdılması gözlənilən Samsungun yeni telefonu Galaxy S8 üçün ən geniş vizual ortaya çıxıb.

Bir telefon örtüyü istehsalçısı şirkəti tərəfindən ortaya çıxarılan görüntülərə görə Galaxy S8 istifadəçilərin gözlədiyinə dəyəcək.

Görüntülərə baxanda ekranda home button düyməsinin olmadığı görünür. iPhone 7-də olmayan 3.5mm “jak girişi” bu telefon üzərində yer alır.

Samsung Galaxy S8
Samsung Galaxy S8

Cihazın sağ tərəfində heç bir düyməyə yer verilmədiyi və bütün düymələrin sola alındığı görünür. Əlbəttə, Galaxy S8 üçün paylaşılan bu görüntülər üçün qətilikdə əmin olmaq olmaz, ancaq çox vaxt telefon göstərilmədən bu cür paylaşımların olduğu da bilinir. Daha çox detal üçün bir qədər də gözləmək lazım gələcək.

Samsung Galaxy S8
Samsung Galaxy S8