Cihazlar

Samsung Galaxy Note 7 telefonlarını geri çağırır

211views

Samsung böyük ümidlərlə dünya bazarına çıxartdığı Galaxy Note 7 modelində ciddi problemlər yaşamaqdadır

Batareya problemi səbəbi ilə, bir çox xətanın olması xəbərlərinin ardından ABŞ Məhsul Təhlükəsizliyi Komissiyası, rəsmi şəkildə məhsulların geri çağırılması üçün işlərə başladıqlarını və bu vaxt ərzində Note 7 modellərinin istifadə olunmamasını müştərilərindən istəyib.

Samsung da komisiya ilə birgə çalışdıqlarını və müştərilərinin vaxt itirmədən telefonlarını geri gətirmələrini açıqlamasında söyləyib.

Firma, Cənubi Koreya-da isə bütün müştərilərinə Galaxy Note 7 -lərini istifade etməmələri ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki Samsung keçən həftə Galaxy Note 7 modellərini 10 ölkədə geri qaytarılmasını istəmişdi. Şirkət ABŞ-da olan müştərilərin telofonlarını gətirərək əvəzində yeni istədikləri modeli götürə biləcəklərini və eyni zamanda əlavə olaraq 35 dollarlıq hədiyyə qəbzi də ala biləcəklərini bildirmişdi.

Dünya bazarında 2.5 milyon Galaxy Note 7 satışı olsa da bu hadisələr səbəbindən Samsung hissələri yüzdə 3.9 miqdarında dəyərini itirdi.

Geri çağırılma əməliyyatlarının ziyanları hesaplandığında, Samsung-un gəlirlərindən 5 milyard dollar itirəcəyi bidlirilir.