Cihazlar

Samsung, Galaxy Note 7 sahiblərinə sonrakı telefonlarında ciddi güzəştlər edəcək!

226views

İstehlakçılarının etibarını qazanmaq adına işlərini davam etdirən Samsungun yeni planları ortaya çıxdı.

Samsungun son üst səviyyə ağıllı telefon modeli Galaxy Note 7-nin başına gələnlər hər kəsə məlumdur. Batareyasının problemli olduğu, Samsung tərəfindən də qəbul edilməsindən sonra geri çağırılan Galaxy Note 7-nin istehlakçıların Samsunga olan etibarını azaltdığı bir həqiqətdir. Bu mövzuda danışan Samsung Mobile Başçısı Dong-Jin Koh, istehlakçıların etibarını yenidən qazanacaqları mövzusunda söz vermişdi.
Bu mövzuda çox sürətli bir şəkildə işlərinə başlayan Samsung, ötən günlərdə isə bütün istifadəçilərinə Galaxy Note 7 dəyişmə təkliflərini təqdim etmişdi.
Endirimlər də ediləcək!
Koreyalı The Korea Herald’ın hesabatına görə Samsung, Galaxy Note 7 istifadəçilərinə qarşıdakı il yeni bir Samsung telefon aldıqlarında ciddi güzəştlər etməyə hazırlaşır. Hazırda məsələn Türkiyədə cihazını geri qaytarma edənlərə 3.600 TL geri ödəmə və ya Galaxy S7 edge + 600 TL pul qaytarılması edən Samsung buna əlavə olaraq gələcək il satışa çıxacaq olan üst səviyyə modellər üçün də müxtəlif güzəştlər düşünür.
Bu mövzu dəqiq deyil ancaq nümunə vermək lazım olsa gələcək il Galaxy S8’i almaq istəyən bir köhnə Note 7 sahibi bu cihaza 600 TL endirimlə qovuşacaq. Təbii ki bu rəqəm bizim sadəcə təxmindir. Ortada hələ bir rəqəm olmadığını da ifadə edək.
Samsung belə etməklə itifadəçilərinin Samsung’da qalmasını təmin edəcəyini düşünür. Çünki qısa bir müddət əvvəl nəşr olunan analizdə Galaxy Note 7 sahiblərinin yarısının iPhone 7 alacağı bildirilirmişdi.