Cihazlar

Samsung ‘ağıllılar’ sırasına kəməri də artırdı

856views

Samsung digər geyilə bilən texnologiya məhsulları ilə uyğun olaraq işləyə bilən kəmərini satışa təqdim etdi.
Bu kəmər ilə istifadəçilər gündəlik işlərini təqib altında tuta biləcək. Digər geyilə bilən məhsullar kimi, bu kəmər də fitness və səhhətinizin təqibi üçün daha rahat vasitədir. Xərclənən kalori miqdarı, ürək atış sürəti kimi məlumatları anında bildirir.
İçərisindəki lithium batareya sayəsində bir güc qaynağı vəzifəsini də yerinə yetirəcək.Yaxşı bir quruluşa sahib olan kəmərin klassik və premium olaraq iki modeli mövcuddur. Samsungun hər geyilə bilən texnologiya məhsulunda etdiyi kimi bu məhsulu də iki kateqoriyaya ayrıldığını görürük.
Yemək nizamını ölçür
Kəmər həddindən artıq yemək vəziyyətinə görə bir saat içində genişlənə biləcək. Çox yemək yeyilib yeyilmədiyi bel ölçüsündən kömək alınaraq bilinəcək.
Batareya ömrü 20 gün
Kəmərin elektron hissəsinin böyük qisimi halqasındadır. Şarj üçün də bu hissəyə keçidi olan microUSB kabelindən faydalanılır. Welt üçün 20 günlük bir batareya ömürü vəd edilir.
qiyməti
Kickstarter kimi bir məcradan satışına başlanan məhsulun inkişafı davam edir. Samsung, ağıllı kəmər məhsullarını əgər ön sifariş təmin etsə 69-99 dollar arası bir qiymətdən təqdim edə bilər. Ancaq, ön sifarişdən faydalana bilməyən üzvlər Welt layihəsi altındakı bu kəmər satışa çıxdığında, 119 dollardan satın ala biləcəklər.

 

https://www.youtube.com/watch?v=ZPQIye9eSxo

Baxmayanlar üçün: Ağıllı üzük

Samsung’dan ağıllı üzük gəlir