Səyahət

Şahdağ Turizm Mərkəzi Mövsümün açılış vaxtını açıqladı

Şahdağa səyahət
528views

“Şahdağ” Turizm Mərkəzi dekabrın 15-dən etibarən 2016-2017-ci il qış mövsümünü açıq elan edir.

Sayca beşinci olacaq bu qış mövsümü üçün bütün texniki hazırlıq işləri başa çatdırılıb, kanat yolları və xizək yamacları istifadəyə hazır vəziyyətə gətirilib.

Hər il olduğu kimi bu il də xizəkçilik üstünlük təşkil etsə də, aeroxizəkdə gəzinti, kanatla yüksəklikdən sürüşmə – ziplayn, kvadrosikll turları, uşaqlar üçün kirşələr, qarda tübinq, qarsıxıcı maşınlarda maraq dolu gəzinti və buz meydançası kimi qış əyləncələrinə əlavə olaraq, peyntbol, at üstündə gəzinti, uşaq parkı, paraplan və atıcılıq kimi yeni qış əyləncələri də hazırlanıb. Ənənəvi əyləncələr sırasına bu il atıcılıq və parapalan xidməti əlavə ediləcək.

yaaz.az Shahdag turizim merkezi
Kanatla yüksəklikdən sürüşmə

Bütün əyləncələrdən istifadə zamanı turistlər bütün təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında olurlar. Qonaqların mükəmməl istirahətini təşkil etmək üçün 2016-cı il ərzində texniki və xidmət sahəsində çalışan işçilərə 200-dən çox təlim təşkil olunub. Dünya üzrə hotellərin reytinqini təşkil edən www.booking.com saytının statistikasına əsasən, “Şahdağ Hotel və Spa” 9.0 balla qiymətləndirilərək, Azərbaycan üzrə 3-cü, şimal regionunda isə birinci yeri tutub.