Sağlamlıq

Saçları necə qorumalı?

Image: 0036164185, License: Rights managed, Property Release: Yes, Model Release: No or not aplicable, Credit line: Profimedia.com, Free
882views

Kim deyə bilər ki, bu gün insanları ən çox maraqlandıran nədir?

Bəlkə xərçəng xəstəliyinin dərmanının tapılmasıdır, ümumdünya maliyyə böhranının qarşısının alınmasıdır, bəlkə nüvə silahlarının məhdudlaşdırılmasıdır? Yox, yenə də yox.

Böyük alman yazıçısı Remark hələ XX əsrin əvvəllərində yazırdı ki, insanları I Dünya müharibəsindən çox adi diş ağrısı narahat edir.

Bəli, insan ictimai problemlərdən danışsa da, şəxsi problemlərlə yaşayır, onu yalnız öz «qapısını döyən» problemlər maraqlandırır.


Məsələn, bu gün kişiləri daha çox maraqlandıran saçların erkən tökülməsinin qarşısını almaq, qadınları maraqlandıran isə artıq çəkidən azad olmaqdır.


Doğrudur, istisnalar, xüsusi hallar da olur, amma biz ümumidən danışaq, birincidən başlayaq. Hazırda saçların tökülməsi kişilərin, bəzən hətta qadınların əsas problemidir.

oblis1

Saçların tökülməyi, ya qalmağı, hətta ağarmağı, bir qayda olaraq, irsi məsələdir, əsasən ana tərəflə əlaqəlidir.

Bəs nə etməli?


Saçların əkilməsi

Hazırda Avropanın bir çox səhiyyə mərkəzlərində saçların «əkilməsi» üçün xüsusi cərrahi üsullar tətbiq edilir və pozitiv nəticələr verir. Amma burda da bəzi neqativ məqamlar yox deyil. Əvvəla, bu, həddindən artıq bahadır, ağrılı və riskli əməliyyatdır.

 

oblis4

Əvvəlcədən xəstənin başının tük bitən hissəsi tam yerli narkoz edilir.  Saçın sıx olduğu hissədən bir neçə tükü dəri ilə (oxu: kökü ilə) birlikdə, dama-dama – “şahmat” qaydasında kəsilib götürülür. Başın saçlar seyrək olan hissəsində xüsusi yuvalar açılır. Damalar kəsildikdən sonra bir neçə dəqiqə ərzində əkilməlidir, yoxsa tələf olur. Əməliyyat bir neçə saat çəkə bilir. Burda səbirsiz oxucu soruşa bilər ki, niyə məhz pasiyentin öz saçları əkilir, başqa sahələrdə olduğu kimi donorlardan istifadə oluna və bu metod hamıya tətbiq oluna bilməzmi? Səbirli olun…

obl5

Təxminən bir aydan sonra yeni əkilən saçlar tamamilə tökülür. Burda da əməliyyatın əsil sirri, yəni sizin sualın cavabı meydana çıxır. Əgər, başa donor saçlar əkilmişsə, orqanizm onları yad cisim kimi (məsələn, barmağa batan tikan kimi) rədd edir, yəni saçlar bitmir. Yox, əgər biz deyən qaydada, pasiyentin öz saçları əkilibsə, bir-iki aydan sonra yenidən çıxır və ömürlük qalır. Amma başın arxasında saçların kəsildiyi yerlərdə çapıqlar da qalır. Deməli, pasiyent arxadan saçını uzun saxlamalı və çapıqları gizlətməyi bacarmalıdır.

obl10


Göründüyü kimi, bu yol da hamı üçün deyil, ənənəvi müalicədən daha səmərəli olsa da, daha bahalıdır və müəyyən risklərlə əlaqədardır. Yenə də həmin suala qayıdırıq: Bəs nə etməli?


 

Saçların gücləndirilməsi

Oxucuların diqqətinə çatdırım ki, saçları qorumaq, hətta bərpa etmək üçün yoqların min illərdən bəri işlətdiyi, hamının istifadə edə biləcəyi adi, sadə metodlar da var. Bu metodlara keçməzdən əvvəl bir suala cavab verməyə çalışaq: Saçlar niyə və necə tökülür?

obl13

Saçların kökü kifayət qədər qanla qidalanmır, oksigen və vitamin almır, zəifləməyə başlayır. Burda bizim oxucu üçün əsil sensasiya olacaq bir məqamı diqqətə çatdıraq. Saçlar heç zaman, bizim başa düşdüyümüz kimi, tam tökülmür, saçların kökü ölmür. Ən çox saçı tökülmüş adamın başına hətta adi binokulyarla (onlarla dəfə böyüdən optik aparat – zəif mikroskop) baxanda belə görmək olur ki, saçlar qətiyyən tökülməyib, onlar sadəcə olaraq zəifləyib, nazikləşib və adi gözlə görünmür.

Odur ki, yoqlar saçları gücləndirmək üçün onları yaxşı qidalandırmağı məsləhət görürlər.


Yəni saçların dibinə qan axınını gücləndirmək, saçların dibini masaj etmək lazımdır. Bunu hamı evində gün ərzində həyata keçirə bilər.


Səhər yuyunanda yaş əllərlə saçları sürətlə hərəkət etdirmək məsləhət görülür. Bu prosedur hardasa 5-10 dəqiqə çəkir. Gün ərzində isə bir neçə dəfə stol arxasında oturub dirsəkləri stolun üstünə qoymaqla, barmaqlarla saçların dibini (əsasən seyrələn yerlərdə) masaj etmək lazımdır. Bu proses də 5-10 dəqiqə çəkə bilər. Sadəcə olaraq, səbirli və iradəli olmaq, bu prosesi illərlə aylarla davam etdirmək, yəni həyat tərzinə çevirmək (məsələn, dişləri yumaq kimi) lazımdır.

obl8

Sonda isə saçların gücləndirilməsi üçün ən klassik, əlçatan maskalardan birini oxuculara təqdim edirik. Nəticədən isə arxayın olun, yoqların metodları kimi, min illərin sınağından keçib. Metod çox sadə və effektlidir.


Bir qaşıq təbii bal, bir qaşıq gənəgərçək yağı, bir qaşıq tibbi spirt, bir kənd yumurtası sarısınından hazırlanmış saç maskasını (qadınlar xörək, kişilər çay qaşığından istifadə etsinlər) yaxşı-yaxşı qarışdırıb saçların dibinə yaxmaq lazımdır.


Buna həftədə 1-2 dəfə, 5 dəqiqə vaxt sərf etmək olar.

 

obl

Sonra maskalı saçı bağlayıb 2-3 saat gözləyirsiz və ümumi qaydada təmiz yuyursuz. Yazda və payızda bir-neçə ay, konkret nəticələr olunca, istifadə etməyiniz məsləhətdir.