Sağlamlıq

Saçın bir gecədə ağarması nə dərəcədə doğrudur ?

876views

Əsəb və stres səbəbindən saçın bir gecədə ağarması inancı nə dərəcədə doğrudur ?

Kapitan Pilot Eric Moody , 1982-ci ildə Kuala Lympur’dan Perth şəhərinə uçduğu zaman təyyarənin dörd mühərrikinin dördü də bir anda durduğundan Cakarta havalimanına təcili enmək məcburiyyətində qalmışdı. Həmin vaxt ərzində Moody çox qorxu hissi keçirməsə də, 1 il ərzində saçları tamami ilə ağarmışdı.

Bu səpgili hekayələri çox eşitmişik. Bu doğrudandamı beledir, saçların bir gecədə ağarması elmi olaraq mümkündürmü?

Saça rəngini verən iki cür melanin pigmenti mövcuddur. Saçın tündlüyünü təmin edən”eumelanin” ilə saçın sarışınlıq dərəcəsini təyin edən”feomelanin”. Yaşımız artdıqca saç köklərindəki hüceyrələr bu pigmentləri yarada bilmir. Bu səbəbdən də saçlarımız rəngini itirir. Saç tükümüzün bir tərəfi rəngli digər tərəfi rəngsiz olduğu zaman ortaya boz rəng görüntüsü çıxır.

Ani saç ağarması tibbdə ‘canities subita’ adlanır. Əslində saçlar rəng dəyişdirmir, rəngli olan saçlar tökülür. ‘Alopesia arieta’ adı verilən xəstəlik ani saç tökülməsinə yol açır. Stres  halları bu vəziyyəti daha da ağırlaşdırır, böyük qorxu keçirmiş insanlarda ani saç ağarması bununla bağlı ola bilər.

Saçların anidən ağarması tibb elmində sadə problem kimi görsənir, ancaq əslində hele deyil. Çünki ani ağarma baş veribsə bu prosesdən əvvəlki və sonrakı saç nümunəsinə ehtiyac duyulur. Hər stres və ya qorxuda da saç ağarmadığı üçün ani ağarmanın dəqiq vaxtını bilmək olmur. Labaratoriyalarda isə olduqca sərt qorxu simuliyasiyasını yaratmaq qəbul edilməzdir.

Odur ki, stres və ya qorxu səbəbindən saçın ani rəng dəyişdirməsi hələ də maraqlı olaraq qalacaq. Bəlkə də bunun arxasında, bədənimizin qarşıladığı stresin xaricdən daha çox daxilimizə vurmasıdır. Yəni, kapitan pilot Moody , mühərrikləri dayanan təyyarəni soyuqqanlı şəkildə yerə endirə bilsə də, bədəni həmin vaxt içərisində tamam başqa hekayəni yazırmış.