Maraqlı

Saatların mənası və tarixi

3.25Kviews

Saat – bir sutkadan az olan müddətdə verilmiş vaxt anını və ya vaxt parçasını ölçmək üçün istifadə edilən cihazdır.

”Vaxt qızıldır” ifadəsi təsadüfən deyilməyib. Zaman və vaxt anlamı insanlar üçün həmişə çox önəmli olub. Ümumiyyətlə, Adəm övladı yaranandan zamanı ölçməyə çalışıb. Ona görə də, vaxtı ölçdüyümüz saatın tarixi çox-çox qədimlərdən başlayır.

Saatların əsas tətbiq sahəsi gün ərzində zaman intervalında orientasiya yaratmaqdır. Saatların köməyi ilə işləri planlaşdırmaq, müxtəlif hadisələrin uzunluğunu ölçmək, vaxt fərqini təyin etmək mümkündür.
İlk dəfə qədim Misirlilər və Çinlilər, Yunanıstanlılar günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf etdilər. Beləliklə, günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəltdilər.
Bu saat, meydanlıq bir yerə yüksək bir daş qoymaq və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməkdən ibarət idi. Misir, vəziyyəti etibarilə şimal yarımkürədə ancaq ekvatora yaxın bir ölkə olduğuna görə, günəş çıxanda, kölgə dərhal qərbdə meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş batanda şərq yönünə çatırdı. Daha sonralar, çarxlı, batareyalı saatlarda da istiqamət dəyişmədi, hətta sağa doğru fırlanma “saat istiqamətinə dönmə” kimi də adlandırıldı. Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, günəş doğarkən daşın kölgəsi cənuba düşər və günəş yüksəldikcə sola doğru dönməyə başlayar. İlk saat orada kəşf edilsəydi, bu gün əqrəb və yelqovan əks istiqamətdə hərəkət edə bilərdi.

Hazır ki, dövrdə isə təkrarlanan rəqəmlər üzrə saatlar müxtəlif mənalara yozulur, onlarla isə aşağıda tanış ola bilərsiniz:

01:01 – Səni sevir
02:02 – Səndən xoşu gəlir
03:03 – Səni sevməyə başlayır
04:04 – Səni çox sevir
05:05 – Sənə nifrət edir
06:06 – Pis bir gün
07:07 – Səni sevməyə çalışır
08:08 – Gözəl bir gün
09:09 – Sənin xətrinə dəyəcək
10:10 – Səndən ayrılmağı düşünür
11:11 – Sənə sürpriz edəcək
12:12 – Səni ürəkdən sevir
13:13 – Səni qısqanır
14:14 – Sənə sevgili olaq təklifi edəcək
15:15 – Köhnə sevgilini görəcəksən
16:16 – Səni aldadır
17:17 – Onunla bağlı düşündüklərin reallaşacaq
18:18 – Səni100% sevir
19:19 – Səni öpmək istəyir
20:20 – Səninlə evlənməyi düşünür
21:21 – Səni düşünür
22:22 – Səninlə hardasa görşüb çay içməyi təklif edəcək
23:23 – Səni dəli kimi sevir
00:00 – İndi səni yuxusunda görür