Təbiət

Səkkizayaqlı ilbizlər və Zanzibar ovçuları

1.18Kviews

Afrikanın şərqində yerləşən Zanzibar adası ağ qumları ilə turistəri özünə cəlb edən tətil yeridir.

Ancaq cəlb edən xüsusiyyəti tək bu deyil. Tanzania’a məxsus, Hind Okeanında yerləşən bu ada, bölgədəki ən çox səkkizayaqlı ilbiz (octopus) ovlanan yer olaraq tanınmaqdadır.

yaaz.az photo

Belə ki, hər gün, gün batımına yaxın dalğalar geri çəkilib, turistlər otellərinə qayıtdığında, əllərində çubuq nizələri ilə, balaca bir ordu sahilə səkkizayaqlı ilbiz ovuna gəlir. Sahilə gələn hər bir ovçu ən az 10 ədəd, qayaların və yosunların arasında gizlənən səkkizayaqlı ilbiz ovlayır.

yaaz.az photo

Adadakı otellərin turistləri cəlb etməsi ilə bərabər, sözü gedən dəniz canlısı yerli xalq üçün zəngin zülal mənbəyidir. Adanın şərqində yerləşən qayalıqların qoruduğu sahillər isə bir çox balıq növləri və xərçənglər üçün əsl sığınacaqdır.

yaaz.az photo

Əsasən qadınların məşğuliyyəti olaraq tanınan bu ovçuluq, daha sonra gəlirli olması səbəbindən kişiləri də özünə cəlb edib.

yaaz.az photo

35 yaşındakı Abdullah Ali, səkkizayaqlı ibliz ovuna çıxmaq üçün qayığını hazırlayır. Ali, tutduğu hər bir kiloqrama görə təxminən 2.30 dollar qazanır.

yaaz.az photo

Beynəlxalq Qida və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, Tanzania’ın 1990-cı ildə 482 ton olan səkkizayaqlı ibliz istehsalı, 2012-ci ildə 1220 tona çatıb.

yaza.az photo

İti daşlar və yosunların arasında gizlənən bu canlıların rəng və formasını dəyişə bilməsi onları ovlamaqda çətinlik yaradır. Ancaq təcrübəli ovçular üçün bu ele də böyük problem deyil. Dəniz şabalıdları da bu ovu çətinləşdirən xüsusiyyətlərdən biridir.

yaaz.az photo

Zanzibarın mərkəzi Stone Townda fəaliyyət göstərən restoranların ən öndə yeməyi isə qızardılmış səkkizayaqlı ilbizdir.

yaaz.az photo

Tanzaniada tutulan bu canlıların böyük bir hissəsi Avopa ölkələrinə ixrac edilir.

yaaz.az photo

Fotoqraflar: Tommy Trenchard və Aurelie Marrier d’Unienville.