Oxu zalı

Şəhid Anası şeirləri

3.16Kviews

[vc_row][vc_column width=”1/2″]Müəllif: İlham İdrisoğlu

“Şəhid Anası”

T۠itrәk әllәrinlә alıb şәklini,
Ah çәk۠ib ağlama,şәhid anası!
Dizlәrin üstünә әyib belini,
Sellәr tәk çağlama,şәhid anası!

Baxırsan gәldiyi cığıra, izә.
Quzu otardığı çәmәnә, düzә.
Yaralı könlünü hey üzә-üzә,
Dünyanı dağlama, şәhid anası!

Ruhu ildırımda, şimşәklәrdәdir,
Qarabağdan әsәn külәklәrdәdir,
Hәsrәtli, ümüdlü ürәklәrdәdir,
Çox matәm saxlama, şәhid anası!

Nә deyim, nә yazım, qәlәmim donur,
İlhamın dünyası odlanır, yanır.
Sәnin dözümündәn yağılar sınır,
Qara şal bağlama, şәhid anası![/vc_column]

[vc_column width=”1/2″]Müəllif: Qabil Ədalət

”Ağlama, Şəhid Anası!

Deməki, bu nə yazıdır,
Ağlama şəhid anası.
Oğlunnan Allah razıdır,
Ağlama şəhid anası.

Saçın dərddən ağarmasın,
Ömrünü duman almasın,
Gözün yollarda qalmasın,
Ağlama şəhid anası.

Gileylənmə taleyindən,
Kədəri at ürəyindən.
Yaş silinsin gözlərindən,
Ağlama şəhid anası.

Şəhidlər ölmür yaşayır,
Haqq dərgahına ucalır.
Ürəklərdə yuva salır,
Ağlama şəhid anası.

[/vc_column][/vc_row]

Müəllif: Gülnarə Sadiq

”Ağlama, Şəhid Anası!

Sil göz yaşlarını, ağlama heç vaxt,
Şəhidlik ucadan ucadır, ana.
Toyumçün aldığın o tər xınanı
Qoy ağ saçlarına elə gəl, ana.

Uca tut başını, əymə heç zaman,
Yanımda gözlərin gülsün, ay ana.
Yarıma de məni gözləməsin o,
Mən gələ bilmirəm o gəlsin, ana.

Söylə ağlamasın mənsiz gecələr
Ulduzla yolladım eşqimi, ana.
Onu tənha qoyub gedərəmmi heç,
Nəfəsimi köksünə həkk etdim,ana.

Sən gəl heç darıxma, nigaran qalma,
Mən ərşin qoynunda xoşbəxtəm, ana.
Kor bir qurşun dəydi qəlbimə mənim,
Ruhum səmalara ucaldı, ana.
Cismimi bürüyüb yumşaq ipəyə,
Mələklər cənnətə apardı, ana.