FotoqrafiyaMaraqlıMüsahibə

@rustammaharramov | Əvvəlcə həvəs, daha sonra həyatımın bir parçası olan fotoqrafiya – Qalereya

415views

Sosial şəbəkələr ölkəmizdə geniş yayılmağa başladığı dövrdə bir çox həvəskar qruplar və həmçinin təcrübəli şəxslərdə öz peşə fəaliyyətlərini daha da genişləndirmə imkanı əldə etdilər. Yəqin ki, buna fotoqrafiya sənətini də əlavə etsək yanılmarıq.

Fotoqrafiya – Azərbaycanda daha çox gənc nəsil tərəfindən sevilir və demək olar ki, bu sahəyə marağı olmayan insan yoxdur. Hər kəs nəsə çəkir, nəyisə bildiyi formada təqdim edir. Buna dəstək olan və daha çox sevilməyə şərait yaradan amillər sırasında isə təbii ki, sosial şəbəkələr öncəlik təşkil edir.

Bu günə olan mövzumuz sizlər üçün çox da uzaq olmayan instagram və instagram fotoqraflarıdır. Haqqında danışacağımız və bizdən çox çəkdiyi şəkillərin danışacağı şəxs @rustammaharramov Rüstəm Məhərrəmov (Neverland Photographer). İstedadlı fotoqrafı ilk dəfə instagram’da tanıma şansı tapmışdım. Çəkdiyi şəkillər hər gün daha çox bəyəni və daha çox izləyici kütləsi qazanırdı. Təbii ki, peşəkarlıq olan yerdə onu qiymətləndirməmək doğru olmazdı.

12799291_1056877664354551_2970382228685495126_n

Rüstəm 1988-ci ildə Quba şəhərində anadan olub, hazırda Bakı Metropolitenində Aparıcı Mütəxəssis vəzifəsində çalışır.

Rüstəm:Əvvəlcə həvəs olaraq başladı. Daha sonra həyatımın bir parçası oldu. Boş vaxt tapan kimi təbəitə (dağlara, meşələrə) gedirəm. Əsasən Landscape çəkməyi çox sevirəm. Yayı demək olar Ulduz Kəhkəşanı çəkimlərinə ayırdım (Milky Way). Amma həmişə imkan olmur. Ona görə makro və digər növləri də çəkirəm. Uşaqlıqdan gəzməyi sevmişəm. Atamdan keçib deyə bilərəm. Türkiyə təhsilim sırasında çox gəzmişəm amma demək olar şəkil yoxdu. Sadəcə gəzib keçirdim. Amma niyəsə bu anları ölümsüzləşdirmək istədim və beləcə başladım.”

Və budur, fotoqrafın qalereyasından seçdiyimiz şəkillər.