Kosmos

Rusiyalı fiziklər: “Kainatdakı ziddiyətlərin səbəbini tapdıq”

719views

Rusiyalı fiziklər kainatdakı qaranlıq maddənin çürüdüyünü, bəzi ziddiyətlərin buna bağlı olacağını deyib.

Rus tədqiqatçıları, 13.7 milyard il əvvəl baş verən “Böyük Partlama”dan bəri kainatda var olan qaranlıq maddənin 5%-nin pozulduğunu irəli sürüblər. Fizikadakı ən böyük sirrlərdən biri, kainatın ildən ilə quruluşunda görülən dəyişikliklərdir. Bu da fəaliyyətə təsir göstərir. Bu irəliləyişlər isə, ağıllara “Gələcəkdə yaşayacağımız kainat necə olacaq”? sualını doğurur.
Kainat
Moskva Nüvə Tədqiqat İnstitutundan İqor Tkachev; “Kainatdakı ziddiyyətlər qaranlıq maddənin azalması ilə izah oluna bilər. İlk dəfə qaranlıq maddənin nə qədər hissəsinin itdiyini və balanssız parçanın ölçüsünün nə olacağını hesablamağın yolunu bildik” deyə məlumat verib.

Mövcud vəziyyətə görə kainatın 4.9%-i normal maddə-qalaksi, ulduz və s. görə bildiyimiz şeylərdən, 26.8%-i qaranlıq maddə və 68.3%-i qaranlıq enerjidən ibarətdir.

e44335613eca84beb4f6815b5ffac56a38474739

Tədqiqatçılar, “Böyük Partlayışın əks-sədası” dedikləri kosmik mikrodalğalı arxa planı da təhlil ediblər. Tapıntılar qaranlıq maddənin zaman ərzində çürüdüyünü göstərir. Ancaq hələ dəqiqləşmiş bir məlumat yoxdur, çünki kainatın əsas hissəsində deyil, kiçik bir hissələrində təcrübə aparmaq hazırda mümkündür. Yenə də bu, kainatı dərk etmək üçün böyük bir addım hesab edilə bilinər.