Dünya

Rusiyada görünən göbələk formalı bulud dalğası atom bombası qorxusu yaradıb

220views

Rusiyada ötən gün göbələk formalı bulud görən şəxslər tərəfindən qorxuyla qarşılanıb.

Ötən gün Rusiyada nəhəng bir bulud görünüb. İlk görünüşdə göbələyə bənzəyən bulud bölgədə yaşayanlar tərəfindən atom bombası sonrasında ortaya çıxan göbələk formalı bulud dalğası olaraq zənn edilib.
Rusiyanın Kemerovo bölgəsində görünən bulud bu səbəbdən böyük narahatçılıqlara səbəb olub. Bu nəhəng buludu görənlər dərhal polisi və digər aidiyyatı qurumlarla əlaqə yaradıblar.
Ayrıca bir çox insanlarda bu nəhəng buludu qiyamət əlaməti olaraq da şərh ediblər.

Cumulus 1
Bəs bunun səbəbi nə ola bilər?
Meteorologiya mütəxəssisləri, nəhəng cumulus buludunun, göy gurultulu leysan yağışın ardından şaquli olaraq inkişaf edən fırtına buludu olduğunu açıqlayıblar.

Cumulus 2

Cumulus Kongestus (Cumulus congestus), çox qısa davamlı leysan yağışlara səbəb olan, termodinamiki qərarsızlığın və təpə inversiyasının çox yuxarı səviyyələrdə qaldığı bölgələrdə yaranan bulud növüdür.