Kino

Rusiya yeni Disney filmini homoseksuallığa görə qadağan edə bilər

Gozel ve Bedheybet film 2017
570views

Rusiya Disney-in məşhur “Gözəl və bədheybət” (Beauty and the Beast) filmini qadağan edə bilər.

Buna səbəb filmdəki paralel süjetlərdən birində Josh Gad-in oynadığı LeFou obrazının özünün homoseksual olduğunu aşkar etməsidir.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski bu filmi ayrılıqda araşdırıb bu nağılla ölkənin homoseksual təbliğatı qadağan edən qanunu arasında ziddiyyətin olub-olmamasını müəyyən etməlidir.

Millət vəkillərindıən Vitali Milonov da filmin 16 martda keçiriləcək rəsmi premyerasından əvvəl onun “yaxşıca araşdırılmasına” çağırıb.

Medinski isə deyib ki, film ölkənin qanunlarına uyğun təhlil ediləcək.

yaaz.az gozel ve bedheybet 2017

“Gözəl və bədheybət” nağılının “gey məqamı” barədə filmin rejissoru Bill Condon Attitude Magazine jurnalında dərc olunmuş müsahibəsibndə bəhs edib.

O izah edirdi ki, LeFou bəzən Gaston, bəzən isə “kiss Gaston” olmaq istəyir.

“O nə istədiyini özü də bilmir. O öz hissiyyatından baş açmağa çalışır” – deyib rejissor.

Attitude jurnalının redaktoru Matt Cain də deyib ki, bu film gey icması tərəfindən alqışlanacaq.

O filmdəki bu məqamı “Disney üçün suayrıcı anı” adlandırıb.

Redaktor bildirib ki, Disney filmdəki bu epizodla homoseksuallığın “normal və təbii bir hal” olduğu barədə mesaj verir.

“Bu mesaj bütün dünya ölkələri üçün verilir” – deyib Cain.

Lakin Rusiyadan gələn xəbərlərdən başa düşülür ki, “mesajı salamlamaq istəməyən” ölkələr də var.