Digər İdman

Rusiya etiraf etdi, doping qalmaqalında dövlətin əli var

Rusiyada doping qalmaqali
261views

Rusiya, beynəlxalq müsabiqələrə qatılan Rusiyalı idmançıların dövlət qurumları tərəfindən doping dəstəyi aldıqlarını ilk dəfə etiraf edib.

The New York Times qəzetinə müsahibə verən Rusiya Dopinglə Mübarizə Təşkilatı rəhbəri Anna Antseliovich dövlət qurumlarının işin içində olduğunu söyləyib. Ancaq Anna Antseliovich dopinq əməliyyatlarının Dövlət Başçısı Putin tərəfindən dəstəkləndiyi iddialarını yalanlayıb.

Qeyd edək ki, Dünya Anti Doping Agentliyinin (Wada) Rusiya idmanına dopingin geniş şəkildə yayıldığını və dövlət xidmətlərinin də işin içində olduğunu göstərən hesabatının ardından Beynəlxalq Atletizm Federasiyaları Birliyi (IAAF), Rus atletlərin müsabiqələrdə iştirakını qadağan etmişdi.

30 ayrı idman növündə yarışan minə yaxın Rus atletin dopinqdən istifadə etdiyi təsbit edilmişdi.