Maraqlı

Rus elm adamları görünməzlik plaşı hazırlayıblar

Görünməzlik plaşı
295views

Rus elm adamları görünməzlik plaşı hazırlayıblar.

Rusiya Gələcək Araşdırmaları Fondunun Direktoru Andrey Qriqoryev, Rus elm insanlarının dünyada bənzəri olmayan viruslar kimi zərərli kiçik hissəcikləri uzaq tutacaq və insanların görünməz olmasını təmin edəcək bir örtük inkişaf etdirdiyini açıqlayıb.

Qriqoryev, “Əldə edilən filtrasiya materialı, virus, toksin, allergen kimi təhlükəli aerozol kimi hissəciklərin əngəllənməsi baxımından bənzərlərindən çox daha irəlidədir. Bu texnologiya tibbi, hərbi və daha bir çox sahədə çox müxtəlif qoruyucu materiallar yaradılmasına yol açacaq” deyib.

Qriqoryev həmçinin hazırda hərbi sahədə, qütb zonalarına uyğun geyimlər hazırlayan istehsalçılar, ekstrim idman növlərilə məşğul olan potensial müştərilərlə yaxından işlər apardıqlarını bildirərək, plaşın testlərini Avqust 2017-ə qədər bitirməyi qarşısına məqsəd qoyduqlarını qeyd edib.

Hərbi bir araşdırma qurumu olan və 2012-də qurulan Gələcək Araşdırmaları Fondu, müdafiə sahəsində Rusiyaya üstünlük təmin edəcək layihələr üzərində çalışır.