Futbol

Ronaldo, imzalı forması ilə 80 iti xilas etdi

Cristiano Ronaldo
320views

Dünyanın ən çox pul qazanan idmançısı titulu daşıyan Portuqaliyalı futbolçu Cristiano Ronaldo, maddi sıxıntı yaşayan bir heyvan sığınacağına imzalı formasını bağışlayıb.

Ronaldonun hərracda satılacaq imzalı formasından əldə edilən gəlir sığınacaqdakı 80 it üçün istifadə ediləcək.

Real Madridin ulduzu Ronaldo, Portuqaliyanın Gouveia şəhərində yerləşən heyvan sığınacağı Cantinho da Lilinin yardım tələbini geri çevirmədi. Sığınacaq nümayəndəsindən hər bir heyvana qoyulan xərcin 2 min avroya çatdığını və iqtisadi çətinlik yaşadıqlarını bildirən bir məktub alan Ronaldo, tələbi cavabsız qoymayıb və imzalı formasını göndərib.

https://twitter.com/RMadridEdition/status/829052507036848128
Portuqaliya mətbuatına danışan sığınacaq rəsmisi Liliana Santos, “Ronaldoya bütün qəlbimlə təşəkkür etmək istəyirəm. Bu sadə bir jest olsa da olduqca mühümdür.” deyib.

İmzalı formanın noyabr 2016-da göndərildiyi, ancaq yaşanan problemlə əlaqədar bu həftə içərisində çatdığı qeyd edilib. Milyonlarla dollarlıq dəyər daşıyan imzalı forma hərracda təqdim olunacaq.

Ronaldo, 2015-ci ildə də Nepalda 8 min insanın həyatını itirdiyi zəlzələdən əziyyət çəkən insanların xeyrinə istifadə edilməsi üçün 7 milyon avro ianə vermişdi.