Futbol

Roman Qriqorçuk: “Rəqibdən çəkinmirik”

309views

Avropa Liqasının qrup mərhələsində “Anderlext”lə oyundan əvvəl “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Ukraynalı mütəxəssis ilk növbədə düzgün oynamağı, hücumda güclü çıxış etməyi düşündüklərini deyib: . “Anderlext” klubu haqqında yox, komandası, necə oynaması haqda danışmağım mümkündür”.

“Rəqibi yaxşı öyrənmişik, hansı üslubda çıxış etdiyini bilirik. Belçika təmsilçisinin güclü tərəflərini görürük. Başa düşürük ki, fərdi keyfiyyətlərə malik futbolçuları neytrallaşdırmalıyıq. Bu, çətin vəzifədir. Lakin bu vəzifənin öhdəsindən gələcəyimizə inanırıq. Bir neçə oyunçu deyil, rəqibin bütün hücum xəttini zərərsizləşdirməyi nəzərdə tuturam. “Anderlext”in heyətində xeyli sayda belə oyunçu var. Bu futbolçular həm fərdi, həm kollektiv oyun bacarıqları ilə seçilir. Rəqibi tanıyır, hörmətlə yanaşır, amma ondan çəkinmirik”.

Elnur Cəfərov
idman xəbərləri yazarı