Rio 2016

RİOda 12-ci gün, ölkəmizin aktivinə daha bir medal yazıldı

297views

Olimpiadanın 12ci günündə ölkəmizin aktivinə daha 1 medal əlavə olundu. Bu gün 7 idmançımız mübarizə aparıb. Xəbər verdiyimiz kimi avarçəkənlərimiz Valentin Demyanenko və İnna Osipenko-Rodomska finala vəsiqə qazandılar.Final yarışları sabah baş tutacaq.Bu gün həmçinin taekvando yarışları start götürüb və təmsilçimiz Patimat Abakarova mübarizəyə başlayıb. Patimat elə ilk görüşündəcə serbiyalı Tiyana Bogdanovicə 2-3 hesabı ilə məğlub oldu.Lakin Bogdanovic finala qədər irəlilədiyinə görə Patimat təsəlli verici görüşlərdə mübarizə aparacaq.Təsəlli verici görüşlər bu gecə saat 3:00-dan etibarən başlıyacaq. Atletikada 5000m məsafəyə qaçış yarışlarında Hayle İbrahimov bu gün çıxış edib.Lakin İbrahimov finala çıxmaq üçün lazım olan nəticəni göstərə bilməyib.

Rioda boks yarışları davam edir. Bu gün Elvin Məmişzadə 1/4 finalda özbək rəqibi Shakhobidin Zoirov ilə bacarmadı.Bu gün həmçinin sərbəst güləş yarışlarına start verilib. Qadınların 48 kq və 58 kq çəki dərəcəsində güləş yarışlarında uyğun olaraq ölkəmizi əsas medal ümidimiz Mariya Stadnik və Yuliya Ratkeviç təmsil edirdi. Mariya Stadnik argentinalı Alejandra Bermudez,polşalı Nina Matkovzka və bolqar Elitsa Atanasova Yankovaya hec bir xal vermədən qalib gələrək finala vəsiqə qazandı. Finalda rəqib daha güclü Yapon güləşçisi Eri Tosaka idi. 5 dəqiqə 56 saniyə ərzində rəqibindən öndə olan Stadnik son 4 saniyə ərzində rəqibin fəndinin qarşısını ala bilməyərək məğlub oldu və gümüş medalı ölkəmizə qazandırdı.Finalda məğlub olmasına baxmayaraq Stadnik ən güclülərdən olduğunu bir daha sübut elədi. 58 kq-da mübarizə aparan Yuliya Ratkeviç isə yarım finala qədər uğurla irəlilədi və yalnız yarım finalda 3 qat olimpiya çempionu Yapon İcho Kaoriyə 0-10 hesabı ilə məğlub olaraq bürünc medal uğrunda mübarizə apardı.Maraqlıdır ki,Ratkeviç də Stadnik kimi 5 dəqiqə 56 saniyə ərzində hesabda öndə olsa da son 4 saniyədə məğlub oldu.

Elnur Cəfərov
idman xəbərləri yazarı